Dövlət Komitəsi bayram tədbirlərinə 2.5 milyon xərcləyəcək, uşaqlara isə 1.5 milyon... - “Ukrayna Ticarət Evi” ilə sövdələşmə var

img

13-02-2025 [09:46]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ukrayna Ticarət Evi” MMC-yə ümumilikdə 4 milyon manat ödəyəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki MMC Komitənin elan etdiyi iki tenderin qalibi olub.

Bunlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin (2 515 760 AZN) və Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləridir (1 522 200 AZN).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA