Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Ramiz Mehdiyevlə əlaqə, Həştərxana qədər uzanan böyük biznes və...
11-02-2025 [17:20]
Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı ötən gün yayımlanan qalmaqallı siyahıdan sonra Azərbaycan siyasi elitasının “boz kardinal”ı sayılan Ramiz Mehdiyevin ətrafındakı şəxslər haqqında da artıq “təmizləmə”nin başladığı qeyd olunur.
Bu şəxslərdən biri də Abşeron rayonunun icra hakimi vəzifəsində çalışan Abdin Fərzəliyevdir.
“Yeni Çağ”ın əldə etdiyi məlumata görə, Abdin Fərzəliyev də yaxın zamanda istefaya göndəriləcək. Günü bu günə qədər Rusiyanın Həştərxan şəhərində geniş biznes şəbəkəsinə malik olan, böyük maliyyə imkanlarına sahib bu şəxs uzun illərdir ki, yüksək vəzifədə qalmağı bacarıb. Lakin son hadisələr göstərir ki, onun siyasi dayaqları artıq ciddi şəkildə sarsılıb.
A. Fərzəliyev uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb. Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini kimi fəaliyyət göstərməsi və Partiyalararası əlaqələr və dialoq komissiyasında sədr müavini olması da onun hakimiyyət daxilində mövqeyinin güclü olmasına işarə edirdi.
Bununla yanaşı, onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi, 35 milyon manatlıq otel biznesinə malik olduğu iddia edilir. Uzun illər ərzində formalaşan bu əlaqələr və biznes maraqları Fərzəliyevin vəzifədə qalmasına kömək etsə də, indi vəziyyət tamamilə dəyişib. Son dövrlər Mehdiyev-Həsənov tandeminin siyasi arenadan tamamilə uzaqlaşdırılması, xüsusilə Ramiz Mehdiyevin artıq iqtidar komandasında “arzuedilməz şəxs” elan olunması Abdin Fərzəliyev üçün də ciddi təhlükələr yaradıb.
Məhz bu səbəbdən, Abdin Fərzəliyevin də vəzifəsini itirəcəyi qeyd olunur. Abdin Fərzəliyev haqqında yayılan ən ciddi iddialardan biri onun Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalif qruplara maliyyə dəstəyi verməsi ilə bağlıdır.
Qeyd edək ki, Abdin Fərzəliyev siyasi karyerası boyu müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın sonradan obyekt tikmək üçün sökülməsinə icazə verməsi geniş ictimaiyyət tərəfindən tənqid olunub. Bundan əlavə, Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı da adı müxtəlif hallarda çəkilib. Mətbuatın iddialarına görə, o dövrdə Ramiz Mehdiyev öz ailə kassası hesab edilən Fərzəliyevi qorumaq üçün ictimai rəyə münasibətlərin pozulması görüntüsünü yaratmaq istəyib. Lakin qalmaqal səngiyəndən sonra onların yenidən birlikdə hərəkət etdiyi üzə çıxıb.
Son hadisələr isə göstərir ki, Abdin Fərzəliyevin siyasi dayaqları tamamilə zəifləyib və onun vəzifədə qalması getdikcə çətinləşir. Ölkədə aparılan kadr islahatları fonunda onun da yaxın zamanda postunu tərk edəcəyi istisna edilmir. Bu prosesin necə nəticələnəcəyi isə qarşıdakı günlərdə daha da aydınlaşacaq(Pravda.az).
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq