"Qumar kralı"nın topdağıtma əmlaklarının siyahısı yayıldı - FOTO
10-02-2025 [18:49]
Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibi Yusif Baqiyevin həbsindən sonra heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb.
Musavat.com-un məlumatına əsasəni, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze” çatır. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir.
500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Yusif Baqiyevin əmlaklarının bu layihə ilə müqayisə edilməsi maraq doğurur.
Onun həbsi ilə nəticələnən əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları həyata keçirib.
Mətbuatda yazılanlara görə Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
Musavat.com-a daxil olan məlumata görə Yusif Baqiyev tutulandan sonra ona məxsus, Xəzər rayonunda tikilməkdə olan qeyri-yaşayış sahələrində də tikinti işləri dayandırılıb. Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.
Qeyd olunur ki, onun tikinti işlərinə “Vüqar 777” kimi tanınan şəxs rəhbərlik edib. “Vüqar 300” kimi tanınan şəxs isə Yusif Baqiyevin mal-mülkünün sənədləşdirilməsi işlərini həyata keçirib. “Vüqar 300”ün vaxtilə Arxitektura və Şəhərsalma Komitəsində çalışdığı da bildirilir.
Yusif Baqiyevin əmlak siyahısında “Sea Breeze”də 3 min 200 kvadrat metr tikinti sahəsi, Qala qəsəbəsində, keçmiş hərbi zavodun yaxınlığında böyük bir ərazini əhatə edən torpaq sahəsində çoxmərtəbəli yaşayış binası, Mərdəkan qəsəbəsinin girişindəki “Santral” mağazasının yanındakı 2 mərtəbəli qeyri-yaşayış sahəsi var. Bundan başqa Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsindəki “Kontakt” mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsinin, Buzovna qəsəbəsində 4 hektar ərazini əhatə edən torpaq sahəsində inşa olunan mini şəhərciyin, “Gala Shopping Village”də 6 mağazanın, Mərdəkan qəsəbəsində, Makaron fabriki ilə üzbəüz yerləşən keçmiş Şüvəlan Qənnadı fabrikinin balansında olan 2 hektar torpaq ərazisi də Yusif Baqiyevə məxsusdur. Çoxsaylı əmlakların bir çoxunun ilkin qeydiyyat sənədləri ilə sonra verilmiş sənədlərin uyğun gəlmədiyi də gələn məlumatlar sırasındadır. İddia olunur ki, həmin sənədlərdə uyğunsuzluqlar olsa da, Yusif Baqiyev əmlaklara dair sənəd ala bilib. Bunun üçün 1 milyon manata yaxın vəsaitin xərcləndiyi də qeyd edilir. Yusif Baqiyevə elan olunan ittihamlar təsdiqini taparsa, ona 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada “qumar kralı” kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir.
Yusif Baqiyevin əmlaklarının böyük hissəsi Xəzər rayonu ərazisində yerləşir. Qeyd olunur ki, onun bu rayonda geniş əlaqələri var9Veteninfo.az).
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb