MƏŞHURLARIN CİNAYƏT İŞİ: "...pulların "İnvestAz"a qoyulub-qoyulmadığını bilmirəm" - Hakim zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib (Yenilənib)
11-02-2025 [15:12]
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışnaın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.
İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.
Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını istəyib.
Fotoda: Nizami Alışan
.jpeg)
Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.
Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.
Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.
Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.
Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.
Təqsirləndirilən şəxsin vəkilinin “verdiyiniz pulların mənbəyi haradan idi?” -, sualına isə zərərçəkmiş “dostumdan almışdım” deyə cavab verib.
Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.
Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.
***
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən Zeynal Usubov ifadə verib.
O bildirib ki, Nizami Alışanla 2022-ci ildə tanış olub və həmin ilin may ayında ona 400 min dollar pul verib:

ZEYNAL USUBOV
"2023-cü ilin yanvar ayında da ona 545 min dollar pul vermişəm. Məni Nizami Alışana bir tanışım yönləndirib. Onun vasitəsi ilə Nizamiyə pul vermişəm. Verdiyim pulun müqabilində mənə qazanc verməli idi. Bir müddət qazanc verdi, sonra yoxa çıxdı. Əvvəl 30 min, sonra 3-4 ay 7-8 min dollar pul verdi. Deyirdi ki, məndən başqa digərlərinin də onda pulu olub. 3-4 ay qazanc verəndən sonra dedi ki, problemlərim var, əlavə 100 min dollar pul verəcəyini vəd verdi, əlavə pulun lazım olmadığını bildirərək mənim pulumu qaytarmasını istədim..".
Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsini təsdiq etməyib.
Daha sonra zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, Nizami Alışanı "facebook" sosial şəbəkəsindən tanıyıb: "Daha sonra onunla görüşərək "İnvestAz" platformasına yatırmaq üçün pul verdim. Mənə aylıq 6-8 min dollar qazanc verməli idi. 2023-cü ilin yanvar ayında da 950 min dollar pul verdim. Bunun müqabilində də mənə aylıq qazanc verməli idi, lakin hər dəfə pulu istəyəndə bir bəhanə deyirdi. Nizami Alışan mənim ümumilikdə 1 milyon 350 min dollar pulumu aldadaraq ələ keçirib".
Hakim zərərçəkənə hansı əsaslarla təqsirləndirilən şəxsə inandığı barədə sual verərək bildirib ki, həmin pulu banka qoyaraq daha çox qazanc götürə bilərdi.
Zərərçəkən Zeynal Usubov deyib ki, yerli bankların qoyulan pul müqabilində verilən qazanc onu qane etmir: Nizami Alışan müxtəlif platformalardan şəkillər göstərərək hesabında 11 milyon dollar pul olduğunu deyirdi. O, məni belə vasitələrlə inandırmışdı".
Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub