Qrenlandiyada buzluqlar arasında yaranan nəhəng göl.. - Yeraltı kanal açıldı, 3 trilyon litr şirin su okeana qarışdı
07-02-2025 [13:52]
Qrenlandiyanın şərqində indiyə qədər qeydə alınmış ən böyük buzlaq göldə yeraltı "tunel" yaranıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da "Katalina" adı verilmiş göldə toplanmış 3 trilyondan çox şirin su yeraltı kaanllarla okeana axmağa başlayıb.
Məlumata görə, 3 trilyon litr ərimiş buzun yaratdığı su kütləsi həftələr ərzində "Edvard Beyli" buzlaqının altında təbii yolla açılan 25 kilometr uzunluğunda yeraltı kanalla axır.
Mütəxəssislər bildirirlər ki, bu nadir hadisə qlobal istiləşmə səbəbindən yaranıb və yaxın gələcək üçün böyük təhlükələrin xəbərçisidir: "Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri müxtəlif vasitələrlə prosesi ayzından izləyir, araşdırırlar. Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub və su Edvard Beyli buzlaqının altında toplanıb, zamanla buz kütləsini yararaq özünə kanal açıb. Bu, əslində, son 30 ildə qlobal temperaturun artması ilə əlaqəlidir. Tədqiqatçıların fikrincə, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıdıcı nəticələrə səbəb ola bilər".
Məlumatda 2023-cü ildə aparılan araşdırmaya istinadla bildirilibki, qlobal istiləşmə səbəbindən buzlaq göllərinin daşqın təhlükəsi artır: "Buzlaq gölünün daşqınları böyük miqdarda enerji buraxır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun istehsal etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasının gücünə bərabərdir. Bu nəhəng gücün yaşıl enerji istehsalı üçün necə istifadə oluna biləcəyini araşdırmaq lazımdır. Lakin Qrenlandiyada əhali azlıığı və yetərli infrastrukturun olmaması bu cür təbii enerji mənbələrindən istifadəni çətinləşdirir".
Lamiyə Əhmədli
MİA.AZ
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb