“ŞAGİRDLƏRİMİ ÇOX SEVİRƏM...” - Müsahibə
06-02-2025 [23:37]
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi əsasən gənclərdən ibarətdir.
Elə həmsöhbətimiz də həmin gənc öyrədənlərdən biri, işgüzarlığı və peşakar fəaliyyəti ilə seçilən Sevinc Əzimovadır.
Qısa arayış: Əzimova Sevinc Malik qızı 01.08. 1995- ci il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olub. Tam orta təhsilini də həmin kəndə alıb. 2016-2020 ci illərdə Bakı Dövlət Universitetinin biologiya müəllimliyi fakültəsində təhsil alıb. 2020- ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsindən uğurla keçərək İmişli rayonunun Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə ixtisasi üzrə müəllim təyinatı alıb.
Beşinci ildir ki, həmin kənddə biologiya fənnini tədris edir. Az zaman kəsiyində müəllim -şagird köllektivlərnin və validynlərin dərin hörmətini qazanıb. Hazırda Lənkəran Dövlət Universitetində magistr təhsili alır.
Peşəsinə sevgisi tükənməzdir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və bir çox gənclər təşkilatlarının üzvü kimi təqdirəlayiq fəaliyyəti var.
- Sevinc xanım, nə üçün müəllimlik peşəsi müqəddəs oldu Sizə?
- Müsahibə üçün təşəkkür edirəm, Səxavət müəllim!
Böyük bacım Xurşud Əliyeva Universitet təhsili alıb, yaxşı bir müəllim və məktəb rəhbəridir. Onun həyat və peşə yolu mənim üçün bir nümunədir. Qazandığı uğurlar həmişə qəlbimdə sevgi-sevinc yaradıb. Heç özüm də bilmədən müəllim olmaq arzusu qəlbimə hakim kəsildi. Bir də biz uşaqlıqdan Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi böyük dəyərin təsiri altında böyümüşük.
O deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, “Özünü müəllimliyə həsr etmiş insanlar ən şərəfli insanlardır”,” Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”... Görünür bütün bunların hamısı təsiredici amil olub ki, müəllimlik peşəsini seçmişəm. İllər geri dönsə, yenidən özümə peşə seçməli olsam, yenə də müəllimlik peşəsini seçərəm.
- Bir kənddə yaşayıb, digər bir kənddə müəllim işləmək Sizin üçün çətinlik yaratmır?
- Düzü, təyinat yerinə gedəndə əvvəlcə düşünürdüm çətinliyim olar. Orada elə bir isti münasibət, xoş ünsiyyət və sağlam əhvali- ruhiyyə gördüm ki, o düşüncələrim yox oldu. Kollektivim, dərs dediyim şagirdlər, onların valideynləri mənə çox doğma və əzizdir. Şagirdlərimi çox sevirəm, onların təhsil uğurlarına sevinirəm. Bilirsiniz, müəllimlik peşəsi təsadüfi bir seçim deyil. Gərək peşənin fanatı olasan, işinə yaradıcı yanaşıb, zövq almağı bacarasan. Hesab edirəm, öyrədən üçün belə olmasa həyat və yaşam maraqsız olar.
- Öyrəndik ki, beşinci sinfin sinif rəhbərisiniz və məktəb üzrə sinfiniz ən yüksək təlim göstəricilərinə görə I yarımilin qalibi elan olub. Bu uğrun kökündə nə dayanır?
- Mən V sinfə cari dərs ilindən rəhbərlik edirəm. Bütün uğurları öz adıma yaza bilmərəm. Onlara ibtidai siniflərdə dərs demiş sinif müəllimi Sənubər Məmmədovanın zəhməti böyükdür. Biz ondan sinfi təhvil alanda, məktəb direktoru Elyanə Kərimovanın əmri ilə komissiya yaradıldı. Mən, məktəbin riyaziyyat müəllimi Xuraman Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Nəsirova, məktəb psixoloquAlimə Rüstəmova və uşaq birliyinin rəhbəri (UBR) Məryam Rüstəmova həmin əmrin tələbinə uyğun olaraq uşaqların təlim- tərbiyə göstəricilərinin monitorinqin keçirdik. Sinifdə olan 15 şagirdin hamsı yüksək göstəricilər əldə etdi. Onlar ibtidai təhsil pilləsindən ümumi orta təhsil pilləsinə “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə” Azərbaycan Respublikası elm və təhsil nazıri Emin Əmrullayevin 28.08.2024-cü il tarixli 3-29/3-2-411 F/2024 nömrəli əmrinin tələblərindən irəli gələn normativ oxu, yazı və hesablama bacarıqları ilə keçdilər.
Mən sentyabr ayında sinfi təhvil aldım və hazırda onların nümunəvi davranışları, bütün fənlərə hazırlıq səviyyələri ilə qürur duyuram. Hər bir şagirdin bilik səviyyəsinin yüksələn xətlə inkişafını nəzarətdə saxlayıram. Bunun üçün sinifdə tədris aparan müəllimlərin rəyini öyrənib, müzakirələr aparır, ayda bir dəfə valideyn iclası keçiririk.
30 yanvar 2025-ci il tarixdə məktəbimizdə pedaqoji şurada I yarımilin yekunu, II yarımildə qarşıda duran məsələlər müzakirə olundu. Təlim-tərbiyə göstəricilərinə görə mənim rəhbərlik etdiyim V sinif bütün siniflər arasına birinci yerin qalibi oldu. Müvəffəqiyyətin 100 faiz, keyfiyyət isə 80 faiz olmasına çox sevindim. İnşallah, hədəfimiz 100 faiz keyfiyyət əldə etməkdir.
- Bu gün məktəblərdə tərbiyəsi naqis, şılataq, nadinc və çətin tərbiyə olunan uşaqla da var. Dərs dediyiniz yuxarı siniflərd belə şagirdlər varmı və onlarla bir gənc pedaqoq kimi necə rəftar edirsiniz?
- Bilirsiniz, uşaqlar məktəbə müxtəlif ailələrdən gəlir. Hər ailənin də öz tərbiyə metodu, uşaqlara yanaşım tərzi var. Təbii ki, müxtəlif ailələrdən gələn, fərqli ailə tərbiyəsi almış şagirdlərə bir sinifdə və yaxud bir məktəbdə eyni prizmadan yanaşıb, vahid tələbkarlıq göstərməklə bərabər meyarlar əldə etmək çox çətindir. Burada öyrədən təcrübəsi, fərdi yanaşma metodu, sistemli nəzarət və sağlam məktəb- ailə münasibəti əsasdır. Biz gözləməməliyik ki, tərbiyəsi naqis, şıltaq, nadinc və çətin tərbiyə olunan uşaqlar özlərini büruzə versinlər. Qeyri-etik hərəkətləri üzə çıxsın və biz ondan sonra hərəkətə keçək. Məktəb psixoloqu hər bir şagirdi kəşf edib, onun nəyə qadir olduğunu, necə oxumasını və maraq dairəsini öyrənib sinif rəhbərləri və valideynlərlə nəticəyönümlü müzakirələr aparmalıdır. Unutmaq lazım deyil ki, məktəb cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətdə baş verən hadisə və olaylar asanlıqla məktəbə yol tapır.
Ailə tərbiyəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Uşaq ailənin güzgüsüdür. Biz şagirdlərin hərəkət və davranışlarına, məktəbdaxili qayda-qanunlara riayət etmələrinə görə ailə tərbiyəsini dəyərləndiririk. Sizin sualınıza gəlincə isə elə bir ümumtəhsil məktəbi olmaz ki, orada öyrənənlər arasında qüsursuz və çətin tərbiyə olunan yeniyetmə olmasın. Təbii ki, mən də bir gənc müəllim kimi belə şagirdlərlə rastlaşıram, onları islah edib, düz yola gətirmək üçün iş aparıram. Qüsurlu uşaqlara sinif otağında, yoldaşlarının yanında heç bir tövsiyə xarakterli söz demirəm. Fərdi yanaşıram, ziyanlı hərəkətləri etməməkdə onlara etimadlı olduğumu bildirirəm. Nəticəsi də uğurlu olur.
Yeri gəlmişkən məktəb və müəllimlərdə nöqsan axtarışında olan bəzi insanların olduğunu da demək istəyirəm. Xırda bir qüsuru böyütməklə nəyə nail olmaq olar?
Sosial şəbəkələr açıq bir məkan və həqiqətə bir qapıdır. Onun imkanlarından şəxsi məqsədlər, qarayaxma, kimlərisə ləkələmək və s məqsədlərlə istifadə etmək yolveriməzdır. Xüsusilə müəllim və məktəblərimizə qarşı...
- Ən çox sevdiyin şagirdlər, yaxud Sizi sevən şagirdlər...
- Bütün şagirdlərimə sevgim, istəyim var və həmişə də onun qarışığını görürəm. Bu təbii bir hissdir. Ancaq beşincilər mənim həyatımdır. Hər biri gözəl, yaraşıqlı, bir- birindən tutumlu və savadlı. Hansını deyim: Hüseyn, Sunay, Orxan, Bəyaz, Xədicə, Aysu, Nuranə, Günay, Fatimə, Məmiş, Ayan, Rəna, Nuray, Tamerlan və Dilarə. Onları görməyəndə darıxıram. Həftənin müəyyən günü onlara dərsim olmur, məktəbə gəlib-gedəndə məni müşayət etdiklərini görəndə qəlbim, ruhum işıqlanır, bütün fiziki yorğunluğumu unuduram.
Onlar “ Sevinc müəllimə, xoş gəlmisiniz!” -deyə, məni qarşılayanda, və yaxud “ Sevinc müəllimə, yaxşı yol, özündən müğayət ol!”- deyə məni yola salanda özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm!
- Sevinc xanım, müsahibə üçün sağ olun!
-Təşəkkür edirəm, həmsöhbət olmaq çox xoş oldu.
Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ
Almaniya: "Rusiya bütün Avropa üçün ən böyük təhlükədir”
Türkiyədə 10 İŞİD üzvü saxlanılıb
Britaniyalı nazir: "Buradan Putinə səslənirəm, əgər..."
Ukrayna MN: "Bizə gələn il üçün 120 milyard dollar gərəkdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Bu, onların işidir, mən qarışmıram” - Keçmiş Baş nazirdən Ramiz Mehdiyevin həbs xəbərinə reaksiya
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Aktrisa mafiya liderinin oğlu ilə ailə qurur - FOTOLAR
"Fənərbağça"nın prezidenti: "Satqın adamlar ürək bulandırır"
Netanyahu qripə yoluxub - Məhkəmə təxirə salındı
İsa Qəmbərdən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
Azərbaycan, Gürcüstan və Türkiyə yeni hərbi təlimdə - AÇIQLAMA
Hikmət Hacıyev Berlində - Kanslerin müşaviri və Dövlət katibi lə görüş olub (FOTO, YENİLƏNİB)
Region Liqasında 2025/2026 mövsümünün püşkü atıldı
Ramiz Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: "Bir kəlmə də deməyəcəyəm”
İran gəmiləri Azərbaycana gəldi - FOTO
Bakıda Zəfər Günü parad olacaq
Almaniya Polşaya qırıcı yerləşdirəcək - AÇIQLAMA
BİR AYN İÇİNDƏ 4 FƏRQLİ ÇOĞRAFİYADA SAMMİT: İlham Əliyev və yüksələn Azərbaycan... - TƏHLİL
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada atəşkəs pozulub - 25 nəfər öldürülüb
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub
Kəmaləddin Heydərov Mehdiyevin oğlu ilə bağlı sualdan yayındı
ƏMRULLAYEVİN "AĞIR TOP"U "VURULDU" - ETN-də "qazan qaynayır"
MSK toplandı: bu deputatın mandatına xitam verildi (Yenilənib)
DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib
Zəngə cavab verən Ramiz Mehdiyev "Danışan kimdir? Kimdir danşan?" dedi və... - SƏS YAZISI
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
Bakalavr təhsili olan zabitlər... - Ehtiyata buraxılma qaydalarına dəyişiklik olunur
Türkiyədə 63 milyon telefon yararsız olacaq - Nazir anons verdi
MHP-li deputatın sözlərinə əsəbiləşən Türkeşin qızı zalı tərk etdi: "Sənə ayıb olsun!" - Parlamentdə gərginlik
Millimizin üzvü dava saldı, stadionun şüşəsini sındırdı - VİDEO
Ata oğluna narkotik ötürmək istəyib - Həbsxanaya
Vəzifədən azad edilən general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
GDU-da “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma”
mövzusunda elmi seminar keçirildi - FOTOLAR
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun dəyişib - Prezident təsdiqlədi
Bu xidmətin işçilərinin sayı artırıldı - Fərman
Prezident Fərman imzalayıb
Prezident MDB ilə bağlı sazişi təsdiqlədi
Prezident İlham Əliyev fərman verdi - Yeni Regional idarə yaradıldı