Vüqar Bayramov: "Kredit faizlərinin yüksəlməsi..."
İQTİSADİYYAT
03.02.2025, 13:08
"Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar: "O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir.
Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə system əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiyalı milyarder Bakıya gəlib
Bugün, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
30.10.2026, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
30.10.2026, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
30.10.2026, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
30.10.2026, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
30.10.2026, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
30.10.2026, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
30.10.2026, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
30.10.2026, 16:02 SİYASƏT
-
Media və Yayım Şurasında görüş keçirilib
30.10.2026, 15:49 PRESS
-
Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
30.10.2026, 15:41 GÜNDƏM
-
Bakıda bağçada uşaqlara zorakılıq... - Cinayət işi açıldı + VİDEO
30.10.2026, 15:20 CƏMİYYƏT
-
Aqrar Universitetində kütləvi ixtisar - 50-dən çox müəllimin müqaviləsinə xitam verilib
30.10.2026, 15:07 CƏMİYYƏT
-
GÖMRÜKDƏ VƏZİFƏ YÜKSƏLİŞİ... - Əsasnaməyə düzəliş edilir, nələr olacaq?
30.10.2026, 14:58 CƏMİYYƏT
-
Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir
30.10.2026, 14:19 PRESS
-
DEPUTATIN ƏRİ BANKDAN GÖNDƏRİLİR, YOXSA...? - Daha bir bank dəyşikliyə hazırlaşır
30.10.2026, 14:12 İQTİSADİYYAT
-
Akademiyaya rektor əvəzi təyin olunub
30.10.2026, 13:53 GÜNDƏM
-
Korrupsiya barədə məlumat verən şəxsə nə qədər və neçə günə mükafat veriləcək? - YENİ QANUNUN DETALLARI
30.10.2026, 13:48 CƏMİYYƏT
-
Bakıda kilsə açılışı... - Roma Papası XIV Leo gələcək?
30.10.2026, 13:42 GÜNDƏM
-
Deputatlar bu tarixdə toplanacaq
30.10.2026, 13:42 GÜNDƏM