İsrail ordusu ilə Livan hərbçiləri toqquşub - Ölən və yaralananlar var

img

28-01-2025 [23:25]


Livanın cənubunu ələ keçirən İsrail ordusu bu gün həmin bölgədə yerli hərbçilərlə atışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan ordusu açıqlama yayıb.

Qeyd edilib ki, İsrail əsgərləri Yarun - Marun ər-Ras yolunda Livan əsgərləri və vətəndaşlarına atəş açıb: "İsrail ordusunun atəşi nəticəsində 1 Livan əsgəri və 3 mülki şəxs yaralanıb".

Məlumatda deyilir ki, hadisə Livan ordusunun bölgədəki evlərinə dönən vətəndaşları müşayiət etdiyi zaman baş verib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA