İsrailli radikallar fələstinli fermerin zeytun ağaclarını kəsiblər

img

24-01-2025 [00:14]


Fələstin torpaqlarını qanunsuz zəbt edən israilli mülki şəxslər onları yurd-yuvaıarından qovmaq üçün dolanışıq mənbələrini sıradan çıxarmağa davam edirlər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İordan çayının qərb sahilində yerləşən Karave Beni Həsən Bələdiyyə sədri İbrahim As açıqlama verib.

Onun sözlərinə görə, israillilər Selfit şəhərində fələstinli fermerə məxsus daha 30 bar verən zeytun ağacını qəsdən doğrayıb: "Təəssüf ki, israillilər tez-tez qəsəbədə ağacları kəsir, vətəndaşları təhdid edir, divarlara irqçi şüarlar yazır və fermerlərin torpaqlarına girməsinə mane olurlar. Bu səbəbdən əhali dolanışığından məhrum olunur, onlar aclıqla sınağa çəkilirlər..."

Fələstin Azadlıq Təşkilatından (FAT) isə bildirilib ki, israillilər ötən il Fələstin torpaqlarındaı 2971 belə qnaunsuz akt həyata keçirib və ümumilikdə 14 mindən çox ağacı məhv ediblər.

Tahir Şəlvəli
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA