Qarabağda çoxsaylı cinayətdə təqsirləndirilən ermənilər yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə prosesi (FOTOLAR)
GÜNDƏM
21.01.2025, 18:06
Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.
Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.
Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.
Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.
Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: “Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: “Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə”, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.
İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib.
Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Report).
Dİgər xəbərlər
Bugün, 12:10
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
SON XƏBƏRLƏR
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
Bugün, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
Bugün, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
Bugün, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatını satışa buraxıldı
Bugün, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
Bugün, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
Bugün, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki? - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
Bugün, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
Bugün, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
Bugün, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
Bugün, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
Bugün, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
Bugün, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
Bugün, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
Bugün, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
Bugün, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
Bugün, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
Bugün, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
Bugün, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
Bugün, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bugün, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
Bugün, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Bugün, 15:06 İQTİSADİYYAT
-
"Öz sidiyimizi içdik, ağac qabığı yedik" - Əsir götürülmüş rus əsgərləri elə etiraflar elədi ki...
Bugün, 14:49 GÜNDƏM
-
PUTİN "ƏN GÜCLÜ SİLAHLAR BİZDƏDİR" DEDİ, QƏRBİ TƏHDİD ETDİ: "Əgər hücum etsəniz, dərhal sizi çox ağır şəkildə vuracağıq"
Bugün, 14:25 GÜNDƏM
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Bugün, 14:19 PRESS
-
Mərkəzi Bankın Baş direktor vəzifəsinə təyinat olub
Bugün, 14:06 İQTİSADİYYAT
-
Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq doğub - Cinayət işi açıldı
Bugün, 13:57 CƏMİYYƏT
-
Sumqayıtda məktəbdə şagirdlər zəhərlənib - AÇIQLAMALAR (YENİLƏNİB)
Bugün, 13:37 CƏMİYYƏT
-
Qaxda iki nəfər 7 kq narkotiklə tutulub
Bugün, 13:29 KRİMİNAL
-
Nazir kombaynla pambıq yığımında - VİDEO
Bugün, 13:20 İQTİSADİYYAT