ELDAR ƏZİZOVUN DOSTUNA VERDİYİ 37 MİLYON MANATLIQ TENDER və ya 20 il əvvəldən başlayan işbirliyi ... - O, kimdir?
21-01-2025 [12:08]
Xəbər verildiyi kimi, Bakıda dəyəri 37 milyin manat olan yeni parkın inşasına başlanılacaq.
Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, bununla bağlı keçirilən tenderin nəticələri dünən açıqlanıb.
Məlum olub ki, sifarişçi Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC –dir. Park isə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı olacaq. Yəni, S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq.
Tenderin qalibi “VEST-LTD” QSC-dir və bu şirkətlə 37.230.105,82 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Əliyev Abit Sadiq oğlu.
Açıq mənbələrdə qeyd edilir ki, Abit Əliyevin karyerasında əsaslı dönüş Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı olanda baş verib. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin olunur. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Abit Əliyev isə Gəncədə olduğu kimi, Sumqayıtda da daşıdığı rəsmi vəzifədən əlavə, Eldar Əzizovun sağ əli rolunu kifayət qədər ustalıqla oynayıb.
Maraqlıdır ki, Gəncədəki kimi, Sumqayıtda da şəhərin təmizlik işləri qalmışdı bir yana. Abit Əliyev Sumqayıtda da birbaşa tikinti işlərinə nəzarət edirdi. Eldar Əzizovun Sumqayıt dönəmində şəhərdə yağışdan sonra göbələk kimi çoxalan bütün yeni hündürmərtəbəli bina tikənlər məhz Abit Əliyevin vasitəsi ilə şəhər merindən razılıq əldə ediblər.
Buildirək ki, Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirib. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri-leqal nəzarəti həvalə etməyi üstün tutdu. Və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-ni onun ixtiyarına verdi.
Tenderin qalibi olmuş “Vest-LTD” QSC isə təkcə BŞİH-yə deyil, eləcə də digər nazirliklərə çox simsardır.
Məsələn, ötən il Elm və Təhsil Nazirliyi bu şirkətdən mebel inventarlarının alınması məqsədilə (VÖEN- 2100393871) 17 milyon 981 min 180 manat 51 qəpik vəsait ödəyib. Bunlardan başqa “Vest-LTD” QSC 2022-ci ildə nazirliyə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb.
Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
“Vest LTD” QSC 2023-cü ili 2 milyon 375 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 875 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə mənfəətin 2.7 dəfə artması deməkdir.
Tribunainfo.az xəbər verir ki, 2023-cü ildə “Vest LTD” QSC-nin əsas əməliyyat gəlirləri 86 milyon 791 min manat (əvvəlki ilə nisbətən 2.5 dəfə çox), satışın maya dəyəri 81 milyon 805 min manat (2.5 dəfə çox) təşkil edib. Hesabat dövründə şirkətin cəmi aktivləri 18 milyon 772 min manatdan 17 milyon 388 min manata düşüb.
Bu iki şəxsin arasında hansı anlaşmanın olduğu bəlli deyil.
Sadəcə, qəribə olan odur ki, mebel və inventar satan bir şirkətin Bakıda park tikintisinə necə icazə verilib?
MİA.AZ
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb