Qəzzada daha 101 nəfər həlak olub - Atəşkəs elanından sonra

img

17-01-2025 [14:39]


"Atəşkəs elan edildikdən sonra İsrail hücumnu intensivləşdirdi. Nəticədə iki gün ərzində yüzdən artıq mülki şəxs həyatı ilə vidalaşdı, xeyli tiklilər viran qaldı".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal deyib.

Onun sözlərinə görə, 15-dən bu ana qədər artan bombardmanla 27-si uşaq, 31-i qadın olmaqla, 101 fələstinli həyatını itirib, ən azı 264 nəfər yaralanıb.

Xatırladaq ki, İsraillə HƏMAS arasındakı atəşkəs və əsir anlaşması yanvarın 19-da qüvvəyə minəcək.
 
Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA