Rəsmi Bakıdan Qəzzada atəşkəs razılaşmasına reaksiya: "Məqsədə doğru..."

img

16-01-2025 [12:30]


Azərbaycan Xarici İşlər Nazirliyi  Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.

Mia.az xəbər verir ki, bu barədə XİN sosial media səhifəsində paylaşım edib: "Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA