"Lalə Şövkətin oğlu Lalə xanımın adından yalan danışır” - Əvəz Temirxandan Sidqi Şövkətə sərt etiraz gəldi, qalmaqal böyüyür
15-01-2025 [11:58]
"Azərbaycan Liberal Partiyası (ALP) ləğv edilməyib. Bunu hamı yanlış başa düşüb. Sadəcə, partiyanın nizamnaməsinə dəyişiklik edilib. Yeni parlament seçkilərinə qədər ALP-nin fəaliyyətinin dayandırılması müddəti uzadılıb".
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sədr əvəzi olmuş Əvəz Temirxan deyib.
“"Siyasi partiyalar haqqında" yeni qanunun 8.1 və 8.6-cı bəndində bu məsələlər açıq şəkildə göstərilib. Məhz həmin maddələrə əsasən, partiyalar fəaliyyətini dayandırıb, daha sonra bərpa edə bilər. ALP də qanunun verdiyi hüquqlardan istifadə edib. Ona görə də Sidqi bəy, (ALP-nin təsisçisi və lideri Lalə Şövkətin oğlu Sidqi şövkət) Lalə xanımın adından yalan danışır”, - deyə o bildirib.
Əvəz Temirxan "ALP-nin təsisçisi Lalə Şövkət partiyanın ləğv edildiyini elan edirsə, bu partiya fəaliyyətini necə davam etdirə bilər" - sualına isə cavab verməyib.
Qeyd edək ki, ALP-nin onlayn qurultayı keçirildiyi açıqlanmışdı. İddia edilirdi ki, qurultay partiyanın nizamnaməsinə əlavələr edərək, professor Lalə Şövkəti ALP-nin lideri, Əvəz Temirxanı isə yenidən partiyanın sədri seçib. Bundan başqa partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş qurultayının ALP-nin fəaliyyətini "Siyasi partiyalar haqqında'" Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək, ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul olunduğu deyilirdi.
Daha sonra bununla bağlı açıqlama verən Lalə Şövkətin oğlu Sidqi Şövkət hansısa onlayn konfrans və qurultayının keçirilməsinin mümkünsüzlüyünü bildirib.
“Çünki belə bir partiya yoxdur. Bir ildən artıqdır ki, bu partiya ləğv edilib və dövlət reyestrindən çıxarılıb. Baş verənlər Əvəz bəyin (Əvəz Temirxan - red.) öz təşəbbüsüdür. Lalə xanımın belə bir şeydən xəbəri yox idi. Əgər Əvəz bəy partiya istəyirsə, öz partiyasını yaratsın”, - deyə o, əlavə etmişdi.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq