4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni… (FOTOLAR)
11-01-2025 [10:14]
Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat verilib.
Mia.az-ın məlumatına görə, “Qafqazinfo” zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi haqda məlumat əldə edib.
Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib.
Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Fotoda: Akif Alışanov
.jpg)
Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
.jpg)
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsində müdir müavini işləyib.
Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babaək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.
Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sail Ağasəlim


"Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi" - İlham Əliyev İran Prezidentinə başsağlığı verdi
Azərbaycan vətəndaşları İrandan təxliyə olunur (Yenilənib)
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)