Tulkerimdə gərginlik böyüyür - 1 nəfər ölüb, 4 nəfər yaralanıb

img

26-12-2024 [09:56]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində Tulkərim şəhərinə növbəti dəfə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yazıb.

Agentlik qeyd edib ki, Tulkərim şəhərində red zamanı yenə gərginlik çıxıb və İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib: "Bu zaman İsrail ordusu etirazçılara atəş açıb. Nəticədə bir fələstinli həyatla vidalaşıb, 4-ü isə yaralanıb".

Xatırladaq ki, dünən bu şəhərdə baş verən toqquşmada isə bir nəfər ölüb, 8 nəfər yaralanmışdı.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA