İsrail ordusu Qəzzanı yenə bombalayıb - Daha 3 nəfər ölüb

img

26-12-2024 [00:24]


İsrail Qəzzada köçkünlərin çadırlarına növbəti dəfə hücum çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsi açıqlama verib.

Açıqlamada deyilir ki, Qəzzanın şimalında köçkün sakinlərin qaldığı çadırlar bombalanıb: "Bombalanan çadırlarda 3 nəfər ölüb, 10-a yaxın yarallı var"

Məlumata görə, İsrail ordusu paralel olaraq Rəfah şəhərinə zərbələr endirib: "Burada azı bir fələstinli ölüb, bir neçə nəfər yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA