Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 2 nəfər ölüb, 16 yaralı var

img

24-12-2024 [11:31]


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bingöl bölgəsində baş verib.

Məlumata görə, qar və buzlanma səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb: "Nəticədə 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Hadisə barədə açıqlama verən Bingöl valisi Əhməd Həmdi Usta bildirib ki, hadisə gecə saatlarında Ərzurum-Bingöl yolunun Kümbet kəndi ərazisində baş evrib: "Allahdan dünyasını dəyişən vətəndaşlarımıza rəhmət, ailələrinə, yaxınlarına səbr və başsağlığı, yaralılarımıza isə şəfalar diləyirəm".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA