Milyarderin idarə etdiyi təyyarə qəzaya uğrayıb - Özü və ailə üzvləri ölüblər

img

23-12-2024 [17:47]


Bu gün Braziliyanın cənubundakı Qramadoda kiçiktutumlu şəxsi təyyarə qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticdə eyni ailədən 10 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Braziliya Mülki Müdafiə İdarəsi xəbəri təsdiqləyib.

Bildirilib ki, milyarder iş adamı Luiz Klaudio Qaleazziyə məxsus kiçik təyyarə Qramado şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir binanın bacasına çırpılaraq partlayıb: "Təyyarədə biznesmenin ailə üzvlərindən 10 nəfər hadisə yerində həyatını itirib. 17 nəfər yaralıanıb, onlardan 2-nin durumu çopx ağırdır. Təəssüf ki, qəzada təyyarəni idarə edən milyarderin özü, xanımı, qızları və digər ailə üzvləri d\ə ölənlər arasındadır...".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA