NATO: "Əgər Ukrayna məğlub olsa..."

img

23-12-2024 [15:34]


"Almaniyanın Ukraynaya yardımı əvəzsizdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Almaniya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, son illər Almaniya Ukraynaya yarım məsələsində mühüm rol oynayır: "Almaniya Ukraynaya 28 milyard avro, hətta bəzi hesablamalara görə 34 milyard avro ilə hərbi dəstək yönəldib. Bu, ABŞ-dan sonra ikinci ən çox yardım göstərən ölkə statusudur. Almaniya həqiqətən Avropada ən böyük məbləği əhatə edən proqram icra edib".

Baş katib qeyd edib ki, Almaniya Ukrayna siyasətində öz dəyərləri və təhlükəsizliyini əsas tutur: "Əlbəttə, bu da doğrudur. Çünki Ukrayna məğlub olsa, Rusiya təhlükəsinə qarşı daha çox pul xərcləməli olacağıq".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA