Türk ordusu Suriyanın şimalında terrorçuları zərərsizləşdirib - Xəbərdarlıq

img

20-12-2024 [16:49]


Türkiyə ordusu Suriyanın şimalında mövcud olan PKK/YPG terrorçularına zərbə endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrimiz terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir: "Hərbçilərimiz Suriyanın şimalında hücuma hazırlaşdığı təsbit edilən daha 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Beləliklə, bu gün zərərsizləşdirilən terrorçuların sayı 16-ya yüksəlib".

Nazirlik terroru mənbəyində məhv etməkdə qərarlı olduqlarını da bəyan edib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA