Qəzzada məktəbə zərbə endirilib - Xeyli ölən və yaralanan var

img

20-12-2024 [08:53]


İsrail ordusu bu gün Qəzzada köçkünlərin sığındığı məktəbə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsindən açıqlama verilib.

Bildirilib ki, Qəzza şəhərinin şərqində köçkün fələstinlilərin sığındığı Şaban əl-Rays məktəbi bombalanıb: "İlkin məlumat görə, bombalanma nəticəsində 13 nəfər ölüb, 30-dan çox yaralı var. Onların əksəriyyəti uşaq və qadınlardır".

Məlumat üçün qeyd edək ki, bu günə qədər Qəzzada 45142 fələstinli ölüb, 107 min 370 nəfər yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA