Almaniyada dəniz bazasında fotolar çəkən çinli saxlanılıb - Casusluq şübhəsi ilə

img

19-12-2024 [00:32]


Almaniyanın Kiel şəhərində çinli casusluq şübhəsiylə tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, dəniz bazasında icazəsiz fotolar çəkdiyi üçün diqqət çəkib.

Məlumata görə, onun icazəsiz şəkil çəklişi apardığını sezən mühafizəçilər polisi məlumatlandırıb: "Polis Çin vətəndaşını saxlayıb. Onun mobil telefonu və digər əşyalarına Şlezviq-Holşteyn üzrə Dövlət Kriminal Polis İdarəsi tərəfindən baxış keçirilib. Bundan sonra o, casusluqda şübhəli bilinərək həbs edilib. Hazırda şübhəlinin xarici məxfi xidmətdə işləyib-işləmədiyini və fotoları casusluq məqsədilə çəkib-çəkmədiyini araşdırılır".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA