“Kənddən şəhərə” yarmarkası, yoxsa... - KTN susur, qiymətlər isə...
13-12-2024 [14:19]
Yeni il yaxınlaşdıqca bir sıra ərzaq məhsullarının qiyməti yüksəlir. Xüsusən də, kəndlərdə, həyətyanı təsərrüfatlarda bəslənilən quşların qiymətində kəskin bahalaşma var.
Məsələn, “kənd beçəsi”nin 1 kiloqramı 10-13 manata, hind toyuğunun kiloqramı cinsindən asılı olaraq 17-22 manat arasında dəyişir.
Bundan əlavə, qaz, ördək və digər quşların da qiymətində kəskin artım var.
Mütəxəssislər hesab edir ki, bu qiymət artımı bir çox hallarda süni yaradılır. Çünki kəndlilər yetişdirdikləri məhsulları gətirib şəhərdə sata bilmir. Bunun üçün lazımi imkanlar yoxdur. Məcburiyyət qarşısında qalan təsərrüfat sahibləri bəslədiyi quşları dəyər-dəyməzinə alverçilərə satırlar.
Onlar da özlərinə məxsus şəbəkələrdə rahatlıqla həmin quşları müştərilərə təqdim edirlər. Hətta Bakı şəhərindəki bazarlara belə xırda təsərrüfat sahiblərinin girişi müşkül məsələyə çevrilib. Ona görə də bu bazarlara üz tutan kəndliləri də qarşılayan və yola salan ancaq alverçilərdir.
Yoxa çıxan yarmarkalar
Kənd Təsərrüfatı Nazirliyi əvvəllər davamlı olaraq “Kənddən şəhərə” yarmarkası təşkil edirdi. Ancaq son bir ildə bu ənənə də pozulub. Yalnız bu günlərdə Nazirlik elan verib ki, Bakı şəhərində bir ünvanda - “Gənclik” metrosu yaxınlığında ənənəvi yarmarka təşkil ediləcək. Təbii ki, milyonlarla əhalinin yaşadığı Bakıda cəmi bir ünvanda yarmarkanın təşkili də faydasızdır.
Bəs nə etməli?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər nə qədər alverçilər üstünlük təşkil etsələr də, əvvəllər şəhərin ayrı-ayrı ünvanlarında yarmarkalar təşkil edilirdi:
“Bu da qiymətlərə müəyyən təsir edir, alıcıların seçim imkanını artırırdı. Amma nəyə görəsə son zamanlar bu ənənə pozulub. Bundan ən çox faydalanan isə işbazlardır. Onlar marketlər şəbəkələri ilə işbirliyinə gedərək süni şəkildə qiymətləri qaldırırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bir qurum var: “Aqrar tədarük və təchizat” ASC. Bu qurumun nəylə məşğul olduğu bilinmir. Yaxşı olardı ki, həmin qurum regionlarda xüsusi tədarük kontorları açsın. Həmin kontorlar da birbaşa kəndlərdə xırda təsərrüfat sahibləri ilə ünsiyyətdə olub, istehsal etdiklərini məhsulları rahat şəkildə onlardan ala bilər. Nəticədə həm istehsalçının marağı artar, həm də süni qiymət artımının qarşısı alınar”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz faydasız oldu.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə Bizim.Media-ya bildirilib ki, bu il də yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu