İordan çayının qərb sahilində gərginlik - Hərbçilər öldürülən gəncin meyitini ailəsinə verməkdən imtina edir

img

13-12-2024 [00:07]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinə basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Qalkilya şəhərinə basqında toqquşma baş verib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, bölgəyə işğalçılııq məqsədiylə daxil olan İsrail hərbçilərinin əndazəni aşan hərəkətlərinə  mülki fələstinli Məhəmməd Əbdülkərim Brahma etiraz edib: "İsrail əsgərləri onu güllələyərək öldürüblər. Təəssüf doğuran digər fakt budur ki, hərbçilər onun meyitini də ailəsinə verməkdən imtina ediblər".

Xəbərdə o da deyilir ki, etiraz zamanı 5 nəfər də yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA