Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
07.12.2024, 00:06
Qoç - başladığınız işlərdə qazana biləcəyiniz uğurlar yaxın ətrafınızdakı insanlara təsir səviyyəsindən asılıdır. Dostlarla tanışların dəstəyini alsanız, bütün sədləri asanlıqla dəf edə biləcəksiniz. Həmfikirlər tapın. Seçdiyiniz yolun səhihliyinə onları inandırın.
Günün ikinci yarısında işlərə görə məsuliyyət daşımalısınız. Münasibətlərdə eqoizmə yol verməyin.
Axşam saatlarını qonaq qəbuluna, dostlarla görüşə həsr edin. Şayiələrdən, yaxınlarınızı tənqid etməkdən uzaq olun. Subaysınızsa, taleyinizdə yeniliklər ola bilər.
Buğa - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.
Əkizlər - ətrafınızdakı insanlarla təmaslarda intuisiyaya güvənin. Daxili səsiniz sizə konkret insanla davranışın yollarından xəbər verəcək. Yeni biliklər və məlumatların alınması, təcrübənin əxz olunması prosesində maneələr yarana bilər.
Günün ikinci yarısında mühüm məqamı nəzərdən qaçırmayın. Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarında yaxşı bələd olmadığınız insanların məclisinə qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə səmimilik bədbinlikdən qurtara bilər.
Xərçəng - çox qərarları müstəqil qəbul etməlisiniz. Məsləhət almağa vaxt qalmır. Situasiya sizi təlaşlandırmasın. Belədə müstəqil və effektiv davranmağı öyrənəcəksiniz. Mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında fikrinizi bildirməzdən əvvəl deyəcəyiniz sözlərə diqqət edin. Sirr saxladığınız məqam faş olacaq.
Axşam saatlarında yaxınlarınız və dostlarınızla birlikdə olun. Məişət məqamlarını nəzarətdə saxlayın. Unutqanlığınız ailə üzvlərinizi qıcıqlandıra bilər.
Şir - aktiv və enerjili olun. Yeni işlərə başlamaqla yanaşı, yarımçıq qalmış işləri də bitirin. Bu yaxınlarda yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq gərəkdir. Situasiya çətin deyil. Sadəcə, seçdiyiniz metodun düzgün olduğunu yəqinləşdirin.
Günün ikinci yarısında bütün sirlərinizi faş edərək uğurlarınızla qürrələnməyin. Nailiyyətləriniz heç də hamını sevindirmir.
Axşam saatlarını gəzintiyə, yaxud da yaxınlarınızla birgə istirahətə sərf edin.
Görüş üçün əlverişli zaman deyil.
Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.
Tərəzi - qayğaları unutmasanız da, onların bəzisinin çözümünü ertələyin. Həllini tələb edən işlə məşğul olun və diqqəti əsas məsələyə yönəldin. İnkişaf edin, sosial yaşamdakı mövqelərinizi gücləndirin. Yardım gözləyən insana kömək edin.
Yolda ehtiyatlı olun.
Günün ikinci yarısında inadkarlıq, mövqelərdən zərrə qədər geri çəkilməmək, dəyişməməkdə israrlı olmaq sevdiyiniz insanla münasibətlərinizə zərbə vura bilər.
Anlayın ki, adi, ənənəvi davranış modeli problemlərin həlli deyil.
Əqrəb - cari problemləri həll etmək üçün imkanlar, əlaqələr və təmaslardan yararlanın. Şübhələrə qapılmayın, qərarları vaxtında və sürətlə qəbul edin.
Belədə istənilən ağır situsiyadan uğurla çıxa bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan bəziləri sizə aşkar şəkildə paxıllıq edəcəklər. Saatlar keçdikcə günün olayları sizi yoracaq.
Yaxınlarınızdan biri mübahisəsində hakimlik etmək üçün sizə müraciət edəcək, anlaşılmazlığın həllində yardım istəyəcək. Pis məqam deyil, amma təşəxxüsə qapılmayın. Üstəlik, qərarlarınıza görə məsuliyyətə hazırlaşın.
Oxatan - tərəfdaş və şəriklərlə normal münasibətlər işlərin görülməsində karınıza gələcək. Yaxınlarınız mövqelərinizi dəstəkləyəcək, öz üzərilərinə əlavə öhdəliklər götürərək yardım edəcəklər. Situasiya spontan inkişaf edəcək.
Günün ikinci yarısında planlarda dəyişikliklər, mühüm qərarların ertələnməsi zərurəti yaranacaq.
Astagəllik və hər məqamı ən kiçik xırdalıqlara, təfərrüatlaradək götür-qoy etmək istəyi yaxınlarınızı qıcıqlandıra bilər. Emosiyalara uymayın, hər sözə inanmayın. Məntiqli, soyuqqanlı olun.
Oğlaq - yaxınlarınızın diqqət mərkəzində olmağınız pis deyil. Amma mövqeyinizdən narazı qalan və sizə paxıllıq edən insanlar situasiyanı gərginləşdirə bilərlər. Kompromislərə hazır olun. Əks təqdirdə düşmənlərlə rəqiblərin sayını artıra bilərsiniz.
Günün ikinci yarısında vəziyyətdən baş açmaq, ətrafınızdakı insanların hərəkətlərini anlamaq çətinləşir. Onların barəsində tələsik nə isə deməkdənsə ilk əvvəl hadisələri müşahidə edin.
Məişət problemləri və ailə qayğıları dəyər verdiyiniz insanlarla sərt danışığa səbəb olmamalıdır.
Dolça - emosionallıq və tələsik qərarlar günün ilk yarısında işlərin gedişatına ciddi maneələr yarada bilər. Uğurlar sərfəli imkanlardan formalaşmaqla yanaşı, bu imkanlardan yararlanmağın üsul və vasitələrindən asılıdır. Nəyin fayda, nəyin zərər verəcəyini əvvəlcədən müəyyənləşdirmək asan deyil.
Günün ikinci yarısında rəqabət güclənəcək.
Axşam saatlarında mühüm işləri ertələyin, yaxınlarınızla birlikdə istirahət edin. Çalışmağa davam etsəniz, yorulacaq, stress yaşayacaqsınız.
Balıqlar - maliyyə məsələləri və bank əməliyyatlarında mənasız risklər etməyin. Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizi açıq söhbətə təşviq etmək istəyir. Sayıq olun, sirlərinizi faş etməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri məişət probleminin həllində və ya mübahisəli vəziyyətin çözülməsində yardım istəyəcək. Tələsməyin. Soyuqqanlı və məntiqi qərar verin.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
XİN Bakı şəhərinin erməni-daşnak qüvvələrindən azad olunmasının ildönümü ilə bağlı məlumat yaydı
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti daha 7 dollardan çox bahalaşdı - Qara qızılın qiyməti 128 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"
Bugün, 00:40 İDMAN
-
TÜRKİYƏDƏ PARTİYA BİNASI İLƏ REDAKSİYA OFİSİ ATƏŞƏ TUTULUB
Bugün, 00:17 SİYASƏT
-
Türkiyə klubu ilə müqaviləyə son anda imza atmaqdan imtina edən məşhur hücumçu La Liqada "fırtına" yaradır
Bugün, 00:16 İDMAN
-
İsmayıl Kartal istefasına belə izah verdi: "İndi heç bir problem yoxdur, davam edirik"
Bugün, 00:10 İDMAN
-
Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?
Bugün, 00:03 SİYASƏT
-
BU GÜNDƏN DƏRSLƏR BAŞLAYIR
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
14.09.2026, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezident Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
14.09.2026, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
14.09.2026, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
14.09.2026, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
14.09.2026, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
14.09.2026, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
14.09.2026, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
14.09.2026, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
14.09.2026, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
14.09.2026, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
14.09.2026, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
14.09.2026, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
14.09.2026, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
14.09.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.09.2026, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
14.09.2026, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
14.09.2026, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
14.09.2026, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
14.09.2026, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
14.09.2026, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
14.09.2026, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
14.09.2026, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
14.09.2026, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
14.09.2026, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
14.09.2026, 14:55 İDMAN