Aktyor Natiq Fərzəliyev: "Həkimlər o qədər dərman yazıb ki..." - "Pəncərəmin bağlanmağına az qalıb"
 

img

05-12-2024 [12:16]


"Bir müddət öncə kliniki ölüm keçirən aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb".

Mia.a
z-ın məlumatına görə, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Aktyor həkimlərin yazdığı dərmanlardan şikayətlənib:

"Həkimlər o qədər dərman yazıb ki... Borc edib alırsan, amma onların qəbul etmək dəhşətdir. Günüm ancaq dərman içməklə keçir. Başımda problemlər var. Bir müddət öncə çəkiliş zamanı kliniki ölüm keçirmişdim. Təzyiq oynayır, ya yüksək olur, ya da aşağı düşür. Səbəblərini də demirlər. Birinci kurs müalicə bitib, indi ikinci kursa başlamalıyam".

Aktyor ölümünə az vaxt qaldığını deyir: "Pəncərəmin bağlanmağına az qalıb. Ömür gedir, istəsək də, istəməsək də, qarşıda bizi ölüm gözləyir".
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA