Xalq artisti Ağadadaş Ağayev ifadə verdi: "Artıq elə söz dedi ki, aşağı düşməli oldum"
MƏDƏNİYYƏT
03.12.2024, 15:39
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev ifadə verib.
O bildirib ki, hadisədən əvvəl həmin klinkada əməliyyat olunub:
"Qulağımdan əməliyyat olundum. Qəza keçirəndə telefonumda qırılmışdı. Ağrıkəsicilər vururdular. Sonradan ağrılarım çoxaldı, qulağımda qanaxma yaranmışdı Mən evin terrasına çıxdım, xəstəxana yolun əks istiqamətindəydi. Yuxarıdan mühafizəçiyə müraciət etdim ki, xəstəxanaya desinlər, mənə köməklik eləsinlər. Bu şəxsə dedim ki, əməliyyat edən şəxslərdən kimisə çağırsın, mənə kömək olsunlar. Bunun cavabı mən pis oldu. Dedi ki, sən öyrəşmisəm kiməsə əmr eləməyə, qudurmasan falan. Anında mən reaksiya vermədim, bir az səbrimi basdın. Mənim də bu pisimə gəldi. Gözünü yumub, ağzını açdı. Artıq elə söz dedi ki, aşağı düşməli oldum. Gördüm ki, bu mənim qapımın ağzındadır. Bunu uzaqlaşdırdılar. Xəstəxananın qarşısından keçdi yolun o biri tərəfinə. Bir də eşitdim ki, səsi gəlir. Məni təhrik elədi ki, çıx bayıra. Bu ikinci dəfə gələndə hiss elədim ki, əlində nəsə alət var. Mən də ehtiyyat üçün rəngli baltanı götürdüm. Onu baltayla vurmaq niyyətim olmayıb, əgər olsaydı, qapımın ağzında vurardım. O məni elə həddə çatdırdı ki, bu hadisə baş verdi. Buna dedim uzaqlaş, getmədi, ona görə baltanı atdım. Məni bu hadisəyə təhrik elədi, dedi kişisənsə çölə çıx. Anestasiyanın təsirindəydim, heç əlbəyaxa olacağımıza inanmırdın. Sonradan dalaşmağa başladıq. Dəmir parçasını götürüb, birinci zərbəni mənə vurdu. Amma yıxılmadım. Gördüm ki, dubinka ilə yaramın üstündən vurdular. Orada daha iki nəfər var idi. Guya bizi aralayırdılar. Mən dubinkanın zərbəsindən yıxıldım. Yıxılandan sonra da məni vurmağa başladılar. Necə insandırlar ki, yıxılanı belə vurmazlar. İnsaniyyəti ola gərək insanın. Belə nadan insan olmaz. Nəhayət bizi aralaşdırdılar. Aldığım xəsarətlər oldu, evimə gəldim".
A.Ağayev bildirib ki, bu hadisə ona qarşı düşünülmüş bir addımdır:
"Hadisədən sonra düşüdüm ki, bu mənə qarşı əvvəldən hazırlanmış məsələdir. Mən heç xəsarət alan qadını görməmişəm. Heç baltanın ona dəydini bilməmişəm. Baltanı atanda əsəbdən insanlıqdan çıxmışdım. Mən Nurəddini vurmaq istəsəydim, qapımın ağzında onu vurardım. Kamera görüntülərinə baxsaz görərsiniz ki, o məsafədən balta ilə kimisə vurmaq olmaz. Dalaşdandan sonra bir nəfər mənə köməklik edib, evə qədər gətirdi. Mənə qarşı çox haqsızlıq olub. Mən özümə bu hadisəni törədərəm. Azərbaycanın xalq artisti kimi bunu özümə yaraşdırmıram"(Report)
Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
Bugün, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
Bugün, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
Bugün, 14:47 DÜNYA
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - FOTOLAR
Bugün, 14:36 GÜNDƏM
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
Bugün, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
Bugün, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
Bugün, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
Bugün, 13:18 SİYASƏT
-
Okan Buruk "Sportinq"lə oyuna ümidlidir: "Əlimizdən gələni edəcəyik"
Bugün, 13:10 İDMAN
-
“ROX Energy Global” ilə külək və günəş enerjisi layihələri müzakirə edilib
Bugün, 12:59 İQTİSADİYYAT
-
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir - FOTOLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bugün, 12:41 CƏMİYYƏT
-
Trampdan 12 dövlətin bəyanatına reaksiya: "Böyük Britaniyanın liderlyi ilə İsrailə qarşı yeni sanksiyalar..."
Bugün, 12:34 DÜNYA
-
Prezident İlham Əliyev Emoməli Rəhmona məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Sabah Bakıda yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
ALMANİYADA FAŞİST TƏFƏKKÜRLÜ PARTİYA ÖNƏ ÇIXIR - Almanlar ayağa qalxdı, "dünyanın gözü bizdədir" deyir
Bugün, 12:06 DÜNYA
-
İsraillə Britaniya arasında gərginlik böyüyür - İngilis diplomatlara 7 gün vaxt verildi
Bugün, 11:56 DÜNYA
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb
Bugün, 11:29 KRİMİNAL
-
Pomidor "tomat"ı beyin funksiyanıza necə təsir edir? - ARAŞDIRMA
Bugün, 11:21 İQTİSADİYYAT
-
BAKIDA İKİ HƏKİMƏ CİNAYƏT İŞİ AÇILIB - Onlar nədə ittiham olunur?
Bugün, 11:14 KRİMİNAL
-
Modelyer Leyla Əhmədova haqqında şok məlumatlar yayıldı: dələduzluq, özgə əmlakına zərərvurma, həbs və... - Şok ittihamlar (VİDEO, Yenilənib)
Bugün, 10:57 KRİMİNAL
-
Yeni Partiyaya qatılan 6 deputat geri dönür?
Bugün, 10:49 SİYASƏT
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
Bugün, 10:41 İQTİSADİYYAT
-
15 il əvvəl öldürülən kəşfiyyatçı... - Məzarı açılacaq
Bugün, 10:21 DÜNYA
-
Tarixin ən böyük kriptovalyuta soyğunu: 245 milyon dollar oğurluq, bir gecədə xərclənən 500 min dollar və...
Bugün, 10:16 İQTİSADİYYAT
-
"Şəki Yaylası"da dəhşətli hadisədə ölən şəxs "DOST"un əməkdaşı imiş - "Yeni ailə qurmuşdu"
Bugün, 10:07 CƏMİYYƏT
-
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni mərkəz, şöbə və sektorlar yaradılıb
Bugün, 09:59 MƏDƏNİYYƏT
-
Hörmüz boğazında gərginlik pik həddə - İran daha 10 tankeri vurub
Bugün, 09:48 DÜNYA
-
Mehriban Əliyeva Xalq artistinin ölümü barədə paylaşım etdi: "Məkanın cənnət olsun, böyük Ustad!"
Bugün, 09:48 MƏDƏNİYYƏT
-
Samuxda 39 yaşlı qadın və 33 yaşlı kişi bıçaqlanıb
Bugün, 09:33 KRİMİNAL
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:28 İQTİSADİYYAT
-
Suriyadan Türkyəyə qarşı qəzəb doğuran addım - "Türk dili" dərslikdən çıxarıldı, yerinə fransız dili salındı
Bugün, 09:19 SİYASƏT
-
Türkiyənin 3 bölgəsində güclü yanğın: bəzi kəndlər boşaldıldı, əhali təxliyə olundu - FOTOLAR
Bugün, 09:14 GÜNDƏM
-
Türkiyədə yeni sorğu: hansı partiya öndədir?
Bugün, 09:03 SİYASƏT