İlham Əliyev yeni səfirləri qəbul edib - FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
03.12.2024, 13:14
Prezident İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Səfir ilk növbədə COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik etdi. O vurğuladı ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəsürat bağışlayıb.
Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxundu.
Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirdi.
Dövlətimizin başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlanmalarının vacibliyinə toxundu.
Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.
***
Prezident İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi vurğuladı ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.
Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş etdi.
Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.
Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QADIN BƏLƏDİYYƏ SƏDRİ UĞRUNDA SAVAŞ: təşkilat xəbərdarlıq edir, sədr telefona cavab vermir - CHP-çı sədri AKP-yə keçəcəkmi?
Bugün, 17:14 SİYASƏT
-
Haqqın.az saytı kimə satılıb? - BU GÜN TƏHVİL-TƏSLİM İŞLƏRİ APARILIB (YENİLƏNİB)
Bugün, 17:02 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib
Bugün, 16:47 GÜNDƏM
-
Bakıda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlandı - Açıqlama + FOTO
Bugün, 16:44 İQTİSADİYYAT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - TAM SİYAHI
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
"BakuBus" və "Bakı Taksi Xidməti "Bakı Metropoliteni"nə birləşdirildi - Prezident fərman imzaladı
Bugün, 16:24 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftə içində azaldı – 5.5 milyard dollar...
Bugün, 16:19 İQTİSADİYYAT
-
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub - İclasa gecikdiyi üçün
Bugün, 16:07 CƏMİYYƏT
-
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM + SİYAHI
Bugün, 16:05 GÜNDƏM
-
Növbəti üç gündə yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:00 GÜNDƏM
-
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
Bugün, 15:55 GÜNDƏM
-
“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı
Bugün, 15:47 CƏMİYYƏT
-
Mərkəzi Bank Elman Rüstəmova məxsus bankı cəzalandırdı
Bugün, 15:43 İQTİSADİYYAT
-
Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Bakının baxışı... - TƏHLİİL
Bugün, 15:28 GÜNDƏM
-
Gələn həftənin birinci günü iş günü olmayacaq
Bugün, 15:23 GÜNDƏM
-
Misir Mərdanov: "Emin Əmrullayevin fikirləri ilə razıyam"
Bugün, 15:20 SİYASƏT
-
Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb
Bugün, 15:07 GÜNDƏM
-
“İnstaqram” bu qadını da “vurdu”: bir gecədə 15 milyon saxta izləyici silindi
Bugün, 14:53 ŞOU-BİZNES
-
Partiya sədri: "Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Paşinyan: "Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik"
Bugün, 14:41 SİYASƏT
-
Özgür Özeldən gözlənilməz jest – CHP lideri SAHA 2026-da türk silahlarını təriflədi (FOTO)
Bugün, 14:27 DÜNYA
-
Rəşad Dağlının bibisi qızı: "Xəbər yalandır"
Bugün, 14:22 ŞOU-BİZNES
-
Paşinyan Moskvada parada getməyəcək
Bugün, 14:11 GÜNDƏM
-
Çingiz Əliyev təqaüdə göndərilib
Bugün, 13:58 CƏMİYYƏT
-
Vilayət Eyvazov İmişlidə 264 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - Nazir sıra baxışı da keçirib (VİDEO, FOTO)
Bugün, 13:40 CƏMİYYƏT
-
Pakistan XİN: “ABŞ və İran arasında tezliklə razılaşma olacağına çox ümidliyik”
Bugün, 13:35 GÜNDƏM
-
Xaricdəki yüz milyon dollarlıq əmlakı və bank hesablarına həbs qoyulan Milli Məclisin deputatı: o, niyə varidatını ölkədən çıxarıb ki?
Bugün, 13:13 GÜNDƏM
-
Türk kinosunun unudulmaz aktrisası: “Günəşli bir gün daim xoş ovqat yaradır” - FOTO
Bugün, 12:58 MƏDƏNİYYƏT
-
Hacıqabulun 7 kəndinə qaz verilişi dayandırılacaq
Bugün, 12:54 CƏMİYYƏT
-
Xəzərdə 31 yaşlı şəxs 6 kq narkotiklə tutulub
Bugün, 12:52 KRİMİNAL
-
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
Bugün, 12:42 İQTİSADİYYAT
-
Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub - FOTOLAR
Bugün, 12:35 SİYASƏT
-
Sabah yağış yağacaq - Proqnoz
Bugün, 12:21 CƏMİYYƏT