İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb

img

25-11-2024 [16:06]


İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində növbəti basqınlar həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün günorta radələrində keçirilən basqınlarla daha 29 nəfər saxlanılıb.

Bu barədə Fələstin Azadlıq Təşkilatından (FAT) bildirilib ki, Qalkilya, Beytləhm, Cenin, Yerixo və Hebron şəhərlərinə basqınlar zamanı saxlanılan 29 nəfərdən biri uşaq, biri isə qadındır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA