İsrail bu gün Qəzzanı bombalayıb - 16 fələstinli həlak olub, yaralılar var

img

20-11-2024 [16:00]


İsrail orduus bu gün Qəzza zolağının şimal və cənubundakı şəhərlərə havadan zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 16 mülki şəxs ölüb, xeyli yaralı var.

Məlumata görə, təkcə Cibaliya qəsəbəsinə hücumda dağıntılar altından 12 cəsəd çıxarılıb: "Burada 10 yaralı var. Hələ də dağıntılar altında qalanlar var. Bununla bərabər, Qəzzanın cənubundakı Sabra bölgəsində iki ev vurulub, birində 3, digərində isə bir nəfər ölüb...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA