ŞOK İDDİA: Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər - Səbəb/SİYAHI
20-11-2024 [13:08]
Xəbər verdiyimiz kimi, İstanbul Cumhuriyyət Prokurorluğu ötən həftə Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirib.
Məşhur müğənni Sərdar Ortaç, teleaparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Türkiyədə qanunsuz mərc oyunlarına görə məşhur simaların saxlanılması Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib.
Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər.
Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır:
“Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür.
Elə bunun sübutu kimi bir müddət əvvəl Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb. Qeyd edilən əməliyyat barədə ictimaiyyətə geniş məlumat təqdim edilib.
Bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.
Şəmkirdə kütləvi zəhərlənmə olub
İsrail hərbçiləri gözü çıxarılan jurnalisti hıəbs edib
Rusiyanın sabiq prezidenti Makronu təhqir etdi, onu "xoruz" adlandırdı: "Zavalı quş özünü hinin kralı olduğunu sübut etmək istəyir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İSRAİL İLHAQ PLANINA START VERDİ: Qəzza və ətrafı nəzarətə götürüldü, bir milyon insan cənuba köçürüləcək
İstanbulda zəlzələ olub - 3.6 bal gücündə
5 ay əvvəl itkin düşmüş şəxsdən xəbər var - Öldürülübmüş!
Bakıda daha bir qətl: 47 yaşlı şəxs 31 yaşlı kişini öldürdü
Qəzzada aclıq: son 24 saatda 3 nəfər də ölüb
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
"Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik" - Şikayətçi danışdı + VİDEO
Prezident və birinci xanım Gəncədə - FOTOLAR (YENİLƏNİR)
Tanınmış vəkilin fəaliyyətinə xitam verildi (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KİM KİMƏ GÜZƏŞT EDƏCƏK? - Təhlil
Zümrüd Ağayeva beynəlxalq təyinat alıb
Ağ Ev "TikTok"da hesab açdı
Qanunsuz mərc oyunlarını reklam edən səhifələr bloklandı - Blogerlərə şok yaşadıldı
32 yaşlı şəxs 60 yaşlı kişi dayısını öldürüb - Bakıda (Yenilənib)
Ərdoğanla Putin telefonda danışdı - Müzakirə
Sabah pensiyalar ödəniləcək
Kamran Əliyev onları prokuror təyin etdi
Odessada müsəlman dini icmaların təmsilçiləri və diaspor fəalları ilə görüş olub - FOTOLAR
İrandan deport olunan əfqanlar avtobusda yandı - 19-u uşaq imiş...
Türkiyənin ən çox vergi ödəyicisi kimdir: nə Koç, nə Sabançı ailəsi, Bayraktar qardaşları önə çıxıb
Xalq artisti Roza Cəlilova qızını polisə verib - Açıqlama + VİDEO
I Liqada yeni mövsümün püşkü atılıb
"Fərid müəllim, bu, ayıbdır" - Partiya sədri cəmi bir ilə sürətlə yüksələn Agentlik rəhbərini məktəbli ilə müqayisə elədi və... (FOTOLAR)
Sabah hava necə olacaq? - Proqnoz
Sərhədimizi pozmağa cəhd edən əcnəbilər saxlanılıb
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri elan olunub
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
Qəzzada daha 5 uşaq ölüb
Rusiya Ukraynanın daha iki şəhərini bombalayıb
Əziz Orucov kassasiya şikayəti verib
Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları “mygov”a əlavə olunub
Qobustanda torpaq uçqunu olub - Bir nəfər ölüb
İxtisas seçimi başa çatdı - DETALLAR