21-07-2014 [11:55]
Azərbaycanda geniş reklam piarı hesabına məşurlaşmağı bacaran "Sevil Construction” şirkətində baş verən fırıldaqlarla bağlı maraqlı araşdırma aparıb. Nəticədə məlum olub ki, Azərbaycanın inşaat bazarında tez bir zamanda vətəndaşların etibarını qazanmağı bacaran bu şirkətin bütün fəaliyyəti sadə maliyyə piramidası üzərində qurulubmuş. İki ilə yaxın fəaliyyəti ərzində minlərlə insanla müqavilə bağlamış şirkətin işləri pis getməyib.
İlkin şərtlərə görə , vətəndaşlara ayrılan torpaq sahələrində tikinti işlərinin aparılması, son nəticədə isə torpaq və mülkiyyətin özəlləşdirilərək mülkiyyət sahibinin tam istifadəsinə verilməsi əsasında şirkətlə müqavilə bağlanırdı. Şirkətin təkliflərində insanları cəlb edən əsas məqamlardan biri, qiymətin yüksək olmasına baxmayaraq, şirkətdən əldə edilmiş torpaq sahəsinin və aparılacaq tikinti işlərinin pulunun hissə-hissə olaraq ödənilməsində idi. Məhz elə bu amil insanların şirkətdən yer əldə etməyə çalışmasının kütləvi hal almasına gətirib çıxarmışdı. Reklamın getdiyi ilk vaxtlar hər sot torpağa görə 3000 manat civarında dəyərləndirilən sahələrin qiymətləri son dövrdə 8000 manata qədər yüksəlmişdi.
Bu gün yuxarıda adı çəkilən şirkətlə bağlı redaksiyamıza edilən şikayətləri araşdırarkən tamamilə fərqli mənzərənin şahidi olduq. Baş ofisə yaxınlaşdığımız zaman, qapının üstündə Korrupsiyaya qarşı mübarizə idarəsinin möhürünün vurulduğunu gördük. Ətrafda aylıq borclarını ödəməyə gələn insanların öz aralarında nəyi isə müzakirə etdikləri diqqətimizi cəlb etdi. Gedən söbətlərdən məlum oldu ki, şirkətin naməlum səbəblər üzündən fəaliyyətini müvəqqəti olaraq dayandırılıb. Mülkiyyətçilərin isə zərərçəkmiş qismində Korrupsiyaya qarşı mübarizə idarəsinə ifadə vermək üçün dəvət ediliblər. Bu insanların arasında hələlik yalnız torpaq sahələrinin dəyərini ödəyən sadə vətəndaşlardan tutmuş, evləri tam tikilərək hazır vəziyyətdə olanlarına rast gəlmək olardı. Baş verənlərin səbəbi ilə maraqlandıqda, müxtəlif versiyaları eşitdik. Amma gördük ki, insanları düşündürən əsas məsələ indiyə qədər şirkətə ödədikləri pulun taleyidir. Maraqlıdır, işləri heç də pis getməyən şirkətin birdən-birə ağır vəziyyətə düşməsinin səbəbi nədir?
Son vaxtlar "vurulan” şirkətlərin çoxu haqqında aparılan müzakirələrə nəzər saldıqda belə nəticə çıxarmaq olar ki, tikinti sektoruna nəzarət uğrunda güc mərkəzləri arasında ciddi rəqabət var.
Bu yaxınlarda «Sovetski” deyilən ərazidə evlərin sökülməsi ilə əlaqədar köçürülən şəxslərə bir kvadratı 380 manatdan ev tikə biləcəyini elan etmiş tikinti şirkətinin aqibəti hamımıza məlumdur. Hazırda həmin şirkət barəsində istintaq aparılır. Korrupsiya əməllərində günahlandırılan şirkətin qanunları hansı dərəcədə pozması barədə dəqiq nəsə deyə bilmərik. Ancaq görünür şirkətin cəzalandırılmasının əsas səbəblərindən biri yazılmamış qanunları pozmaqla bağlıdır. Faktiki olaraq bu tikinti şirkəti, Azərbaycan adlı məmləkətdə tikintinin hansı məbləğə başa gəldiyini, lakin qiymətlərin süni surətdə şişirdilməsi, vətəndaşın nə dərəcədə aldadılması məsələsini açıqca dilinə gətirmişdi.
Lakin görünür "Sevil Construction” şirkəti ilə bağlı olan məsələ tamamilə başqa səpgili, daha doğrusu, siyasi çalarları olan məsələdir.
Əldə etdiyimiz məlumata görə "Sevil Construction” tikinti şirkəti, Azərbaycanın keçmiş Yeyinti Sənayesi naziri Sevil Zeynalovanın oğlu Aynur Zeynalova məxsusdur.O, həmçinin "Sevil” massivinin də sahibidir. Dindarlar arasında Hacı Aynur kimi tanınan bu şəxs həm də, Azərbaycanda vəhabi təriqətinin fəal üzvlərindən biri kimi xarakterizə olunur. Son zamanlar bu təriqət üzvlərinin Azərbaycanda baş verən dini zəminli hadisələrdə adlarının heç də birmənalı şəkildə hallandırılmamasının səbəbləri isə hər birimizə məlumdur. Güclü maliyyə resursları və gəlir yerləri olan təriqət üzvlərinin hərəkətlərinin artıq siyasi iddia səviyyəsinə qədər artması təbii olaraq hər birimizdə həyəcan doğurmaqdadır. Belə olan halda bu təriqətin maliyyə qaynaqlarının növbəti birinin də kəsilməsi məntiqə uyğun addımlardan biri deyilmi? Bəlkə elə şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi də bundan ibarətdir…
Hər halda məsələnin araşdırılması olduqca zəruridir və yəqin ki, yaxın zamanlarda apardığımız araşdırmaların nəticələri barədə oxucularımızı məlumatlandıracağıq.
Azinform.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub