Qəzzada daha 96 nəfər ölüb - 15 nəfərdən isə iz yoxdur

img

18-11-2024 [00:24]


Bu gün İsrail ordusu Qəzzanı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, nəticədə 96 nəfər ölüb.

Qəzza hökumətinin Media Ofisindən bildirilib ki, təkcə Beyt Lahiyyədə dinc əhalinin qaldığı bina və evlərə endirilən zərbədə 72 nəfər həyatını itirib: "Nusayrat və Büreyc qaçqın düşərgələrinə iki hücumda isə 24 fələstinli həlak olub. Bunlarla yanaşı, zərbə nəticəsində azı 15 nəfərin cəsədi ya parçalanıb, ya da dağıntılar altında qalıb. Fakt odur ki, onlardan iz yoxdur. Təcminən 60 nəfər isə yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA