GENERAL VƏ SABİQ RƏİSLƏRİN MƏHKƏMƏSİ YEKUNLAŞDI - Hakim hansı qərarı verəcək?
16-11-2024 [17:51]
Müdafiə Nazirliyində 2016-2021-ci illərdə 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər arasında yeganə general – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədovun işi üzrə məhkəmə istintaqı noyabrın 15-də yekunlaşıb.
Bir həftə sonra – noyabrın 22-də prokuror general-mayor Nizami Məmmədova və onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha 3 nəfərə – Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadəyə prokuror cəza istəyəcək.
Adları çəkilən şəxslərin işinə bir ildən çoxdur ki, Bakı Hərbi Məhkəməsində baxılır. 143 milyonluq yeyinti ilə bağlı həbs olunanların sayı çoxdur, bu 4 nəfər də onların arasındadır.
Həbs edilənlərin bəzilərinin məhkəməsi artıq bitib, bəzilərininki isə ayrıca icraatda davam edir.
Noyabrın 15-də hakim Fikrət Əliyevin sədrliyilə keçirilən məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilmiş sorğuya gələn cavab elan olunub. Bu cinayət işi üzrə istintaq DTX-da aparılıb, hələ də orada istintaq araşdırmaları davam edir. Göndərilmiş sorğu isə yeyinti nəticəsində dövlətə dəymiş 143 milyonluq ziyandan təqsirləndirilən şəxslərin indiyədək nə qədər ödəməsi ilə bağlı idi.
DTX-nın cavabına əsasən, bütün təqsirləndirilən şəxslər indiyə qədər cəmi 38 milyon 664 min manat pul ödəyib. Pul ödəyənlər arasında hazırkı təqsirləndirilən 4 nəfərdən üçü də var. General-mayor Nizami Məmmədov 12 milyon 203 manat, Cəlal Kazımov 110 min manat, Vüsal Əlizadə 101 min manat ödəniş edib.
Təqsirləndirilən şəxslərin, onların ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulub ki, gələcəkdə müsadirə edilərək, ziyanın ödənilməsinə yönəltmək mümkün olsun.
Generalın vəkili deyir ki, Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov da Nizami Məmmədovun adından 210 min manat ödəniş edib. Lakin bu, ödənişlərdə əksini tapmayıb.
Bu müzakirələrdən sonra Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə istintaqının tamamlanmasına qərar verib.
Prosessual qaydalara görə, ardınca prokuror çıxış etməlidir. Amma dövlət ittihamçısı Fuad Musayev çıxışa hazır olmadığını bildirib və vaxt istəyib. Ona noyabrın 22-nə qədər vaxt verilib.
Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlərin ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib.
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb. Həbs olunanlar DTX əməkdaşları tərəfindən saxlanılıb və bu qurumun İstintaq İdarəsində araşdırma aparılıb.
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı