XİDMƏTƏ SƏDR ƏVƏZİ və YENİ MÜAVİN TƏYİN OLUNUB - Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub (SİYAHI)
GÜNDƏM
11.11.2024, 00:07
Bu ilin sentyabrın 25-də İstanbulda ürəyindən əməliyyat zamanı vəfat edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (əvvəlki adı "Azərsu" ASC) rəhbəri Köçərli Həsənovun yerinə müvəqqəti təyinat olub.
Mia.az-ın əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun əmri ilə vaxtilə Şəmkir, daha sonra isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi işləmiş, sonradan isə quruma müavin gətirilən Tahir Xəlilov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi təyin edilib.
Məlumata görə, yeni sistemi mənimsədikdən sonra onun sədr təyinatı da mümkün sayılır.
Mia.az-ın əldə etdiyi digər məlumata görə, müvafiq əmrlə Cavid İsmayılzadə isə sədrin müavini təyin olunub: ""Azərsu" ASC-nin ləğvindən sonra qurumda sədri müavini olan 1-ci müavin Teyyub Cabbarov getdi, daha dəqiqi, ona yeni qurumda vəzifə veirlmədi, onunla yanaşı, digər müavin Seymur Seyidov da yola salındı. Digər müavin Etibar Məmmədov isə Zaur Mikayılova müşavir aparıldı. Digər müavinlər isə "Azərsu" ASC-nin bazasında yaradılan xidmətdə müavin postuna keçirildilər. Bu günlərdə isə "meliorasiya"dan Cavid İsmayılzadə müvafiq əmrlə xidmət rəisi Tahir Xəlilova müavin təyin olunub. Bu təyinatda ilginc olan odur k, ona 5 iri şəhərlərlə bağlı xüsusi səlahiyyət verilib. Yəni, anlaşılan odur ki, Bakı daxil, 5 iri şəhərin su və sukanal sahəsi üzrə "göydə uçan, yerdə qaçan" nə varsa, hamısına Cavid ismayılzadə "hə-yox" deyəcək".
Xəbərdə o da deyilir ki, bu dəyişikliklərlə bərabər, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Texniki şərtlərin verilməsi şöbəsinin müdiri Mahir Cəfərlini də Vüqar Bayramov əvəzləyib...
Əldə etdiyimiz məlumatda ən diqqətçəkən təyinat isə "Bakı Sukanal" MMC-nin rəisi ilə bağlı olub: "Zaur Mikayılov "Bakı Sukanal" MMC-nin rəisi, məşhur Habil Quliyevi "taxtdan salıb", onun yerinə isə Rauf Osmanov gətirilib. Rauf Osmanov bu sahəyə digərləri kimi yad deyil. O, yeni və yüksək vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi idi...".
Mia.az-a verilən məlumata görə, Agentlik və ona bağlı olan digər qurumlarda da böyük kadr dəyişiklikləri baş verib.
Bununla bağlı yazılarımız olacaq.
Samir Musayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu + VİDEO, FOTOLAR
Bugün, 18:45 GÜNDƏM
-
"Neftçi" klubunun şikayəti rədd edildi
Bugün, 18:36 İDMAN
-
Prezident İlham Əliyev bu görüntünü paylaşdı - VİDEO
Bugün, 18:15 GÜNDƏM
-
"İstilik enerjisindən istifadə Qaydaları" təsdiqlənib
Bugün, 17:49 CƏMİYYƏT
-
MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİ CAVABLARI...
Bugün, 17:44 YAZARLAR
-
Saleh Məmmədovla bağlı yeni qalmaqal – “Bakı”nın 3 məşhuru ölkədən niyə getdi?
Bugün, 17:39 İDMAN
-
Nazirlikdən əhaliyə - Xəbərdarlıq
Bugün, 17:39 GÜNDƏM
-
İlham Əliyev İrəvandakı "Avropa Siyasi Birliyi"nin sammitinə qatıldı: mühüm mesajlar verildi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:20 GÜNDƏM
-
İlham Əliyevin İrəvan mesajı: Yeni reallığın elanı və ya Böyük Güclərin rəqabəti (TƏHLİL)
Bugün, 17:03 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - SİYAHI
Bugün, 16:59 CƏMİYYƏT
-
AMEA ləğv olunur? - Açıqlama
Bugün, 16:43 CƏMİYYƏT
-
Kursant ehtiyatsızlıqdan ölüb
Bugün, 16:32 GÜNDƏM
-
Prezident İlham Əliyev fərmanı imzaladı
Bugün, 16:18 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda hava dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:09 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
Bugün, 16:08 GÜNDƏM
-
Aİ ABŞ-ın yeni tariflərinə etiraz elədi: "Variantlarımız var, nəzərdən keçirəcəyik”
Bugün, 16:00 İQTİSADİYYAT
-
Bakı Şəhər İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 15:51 CƏMİYYƏT
-
“Space”ə baş direktor təyinatı oldu
Bugün, 15:30 PRESS
-
BU İXTİSAS LƏĞV OLUNDU: "Tələbə qəbulu aparılmayacaq" - DİM açıqlama yaydı
Bugün, 15:17 CƏMİYYƏT
-
İşçilər əlavə işlədilir, ancaq maaş... - "Bakı Metropoliteni"ndə narazılıq böyüyür
Bugün, 15:08 CƏMİYYƏT
-
İRƏVANDA AVROPA SİYASİ BİRLİYİNİN SAMMİTİ - Əliyev və Paşinyandan sülh mesajları...
Bugün, 14:54 SİYASƏT
-
TƏBİB-in yeni sədri özünə yeni müşavirlər götürdü - Onlar kimdir? + FOTO
Bugün, 14:47 GÜNDƏM
-
Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - Azərbaycandan keçməklə...
Bugün, 14:44 GÜNDƏM
-
İran ABŞ-a məxsus iki gəmiyə zərbə endirib - "Boğaza girmələrinin qarşısı alındı”
Bugün, 14:36 GÜNDƏM
-
SEPAH: “Hörmüz boğazında qadağamızı pozan gəmilər vurulacaq”
Bugün, 14:15 DÜNYA
-
"Günah kişilərin eqoist analarındadır” - Müğənni Ayan + VİDEO
Bugün, 14:13 ŞOU-BİZNES
-
Nazpəri Dostəliyeva: "Onların məzarına gedəndə deyirəm ki, baxın..."
Bugün, 14:04 ŞOU-BİZNES
-
Vüqar Məmmədovun məhkəmə prosesi başlayıb
Bugün, 13:55 PRESS
-
Bakıda əməliyyat: üç nəfər belə saxlanıldı - VİDEO
Bugün, 13:29 KRİMİNAL
-
Avroviziya yarışması: etirazlar artıb
Bugün, 13:21 MƏDƏNİYYƏT
-
Taliban rejimi daha bir qadağa qoydu – Bu dəfə maşınlara
Bugün, 13:09 DÜNYA
-
Gediş haqları artıq çıxılır? - Üç qurum birgə məlumat yaydı
Bugün, 13:00 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:43 GÜNDƏM