Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib, ölən var

img

09-11-2024 [19:25]


Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.

Qeyd olunub ki, hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA