İsrail Qəzza zolağına növbəti zərbələr endirib - Daha 16 nəfər həlak olub

img

07-11-2024 [15:00]


İsrail Qəzza zolağına növbəti zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 16 fələstinli həlak olub.

Bildirilib ki, İsrail ordusu bu gün günortaya yaxın Cibaliya Beled qəsəbəsində bir ev vuurb: "Evdə olan 5 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb. Bundan başqa, Beled bazarının girişinə PUA ilə endirilən zərbədə daha 3 nəfər ölüb. Nusayrat Qaçqınlar Düşərgəsinin qərbində də toplaşan fələstinli mülki şəxslər hədəfə alınıb. Burada da 3 fələstinli həyatını itirib, 3 -ü yaralanıb. İsrail Misirlə sərhəddəki Rəfah şəhərinə də zərbə vurub. Burada isə 5 fələstinli ölüb, 4 yaralı var".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA