Məhkəmə sabiq icra başçısına "yox" dedi
07-11-2024 [09:31]
Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə mühakimə olunan digər şəxslərin barəsindəki qərardan verilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib(Pravda).
Xatırladaq ki, İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular.
O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qedy olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
Məşhur AMİKA şampunlarında təhlükəli bakteriya aşkarlanıb - Bir milyon məhsul geri çağırıldı (FOTO)
Tramp ABŞ-ı ÜST-dən çıxardı: "Bu, ədalətsizdir"
Slovakiyanın Baş naziri Ərdoğanla görüşdə: "Siz çox böyük siyasi və iqtisadi gücsünüz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Davosda: Baş icraçı direktorla görüş olub - FOTOLAR
PARTİYA SƏDRI SAXLANILDI - Prezidenti təhqirə görə
Prezident İlham Əliyev Davosda müsahibə verib - FOTO
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib
Azərbaycanlı tələbə azad olundu - İRANDA + FOTO
Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev və Baş nazirin müavinləri ziyarətdə - FOTOLAR
ABŞ diplomatı Şəhidlər xiyabanını ziyarət edib
Xəzər dənizində zəlzələ olub
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO
Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib
Sabahın hava proqnozu açıqlandı
"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur"- Ginekoloqdan şok açıqlamalar (VİDEO)
Şimal zonasına qar yağıb
"Space"in sabiq direktoru sədri seçilib
Bakıda 20 Yanvar günü bu yollar bağlanacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azersun Holding”in rəhbəri vəfat edib
Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlayan bu şəxs imiş - DİN və Bankdan açıqlamalar (FOTOLAR, Yenilənib)
ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar
"Kapital Bank" və "Beynəlxalq Bank" məni bezdirir, lakin... - Ekspert Hökumə Quliyevanın atasının başına gələnlərdən yazır
Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir - FOTOLAR
İmişlidə kafedə dava: 20 yaşlı uşaq 30 yaşlı şəxsin boğazını kəsdi
Hakan Fidan Bakıya gəlib
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı
Azərbaycan nefti bahalaşdı
Cəbrayıla daha 206 nəfər köçürülüb
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi Neymarın "yerin dibinə soxdu": "O, artıq əvvəlki oyunçu deyil, heyətdə olmayacaq"
Abşeronda evdə partlayış: 5 nəfər yaralanıb
Qəzza atəşkəsə 2 gün qalmış bombalanır - Daha 88 nəfər ölüb