Kərəm Həsənovun əmisi oğlu vəzifəyə təyin olunub

img

04-11-2024 [19:55]


Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə yeni nümayəndə təyin olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə İlqar Həsənov təyinat alıb. O, icra nümayəndəsi vəzifəsində Eldəniz Cəfərovu əvəzləyib.

Qeyd edək ki, İlqar Həsənov əvvəllər də Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb. Bir neçə il əvvəl isə vəzifəsindən azad olunmuşdu.

Xatırladaq ki, İlqar Həsənov Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun əmisi oğludur/Demokrat.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA