Bu ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
İQTİSADİYYAT
04.11.2024, 10:37
Fransa, İtaliya, Rumıniya və Avstriyanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Yeni Akvitanya regionunda, Lixtenşteynin Şan, Mauren, Balçers şəhərlərində blutanq, Avstriyanın Aşağı Avstriya ştatında, İtaliyanın Friuli-Venesiya-Culiya regionunda, Rumıniyanın Tulçа kantonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yeni Akvitanya regionunda və Şan, Mauren, Balçers şəhərlərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Aşağı Avstriya ştatında, Friuli-Venesiya-Culiya regionunda və Tulçа kantonunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
Bugün, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
Bugün, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
Bugün, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
Bugün, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
Bugün, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
Bugün, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
30.10.2026, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
30.10.2026, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
30.10.2026, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
30.10.2026, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
30.10.2026, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
30.10.2026, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
30.10.2026, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
30.10.2026, 16:02 SİYASƏT
-
Media və Yayım Şurasında görüş keçirilib
30.10.2026, 15:49 PRESS