Şəhid Hidayət Qarayev Şuşada dəfn olunub

img

01-11-2024 [17:22]


Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hidayət Nəsir oğlu Qarayevlə Şuşada keçirilən vida mərasimi başa çatıb.

Məlumata görə, şəhidin nəşi Şuşa şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şuşa Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər(Report).

Qeyd edək ki, Hidayət Nəsir oğlu Qarayev 1927-ci il dekabrın 28-də Şuşada anadan olub. O, 1992-ci il mayın 8-də Şuşada itkin düşüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA