Kəmalə Cabbarova: "Bu, Teatr Birliyi Azərbaycan mədəniyyəti üçün bir ordudur" - MÜSAHİBƏ
31-10-2024 [00:07]
İstanbulda fəaliyyət göstərən "Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri, aktrisa Kəmalə Kamal Cabbarova Mia.az xəbər portalına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Türkiyədə bir ilkə imza ataraq Azerbaycanın Türkiyədəki Səfirliyi yanında Mədəniyyət Mərkəzinin "Azərbaycan mədəniyyət və sənət günləri" çərçivəsində möhtəşəm sərgi keçirdiniz. Bu layihə haqqında fikiriniz maraqlıdır...
-Türkiyədə Xalça sərgisi keçirmək mənim çoxdanki arzum idi. Müxtəlif təşkilatlarla dəfələrlə danışıqlar aparmışdım, müəyyən razılıqlar əldə edilmişdi, amma nədənsə bu işi həyata keçirə bilməmişdik. Keçən il əməkdar artist Dilarə Əliyevanın burada filminin təqdimatını keçirdim və o mənə tanış bir xalçaçı rəssam haqqında danışaraq xalça sərgisi ilə bağlı bir fikir verdi.
Qeyd edim ki, dəyərlimiz Dilarə xanımla biz elə bil bacıyıq, uşaqlığımız bir keçib, çox yaxın rəfiqəyik. Xalçaçı rəssam Elnarə xanımı İstanbula dəvət etdim, onun əl işləri ilə tanış oldum və 6 aylıq çox gərgin bir çalışmanın nəticəsi olaraq İstanbulda Elnarə Rəsulovayla bərabər xalça sərgisini təşkil etdik. Bununla yanaşı, dərnək rəhbəri olaraq boğaz turunda Zəngəzur işçiliyi adı altında musiqili sərgi təşkil etdim.
Daha sonra Azərbaycanın Türkiyə səfirliyi yanındakı mədəniyyət mərkəzinin rəhbərləri ilə keçirilən görüşdə fəaliyyətimiz liə bağlı danışdım və bu kimi böyük işlərin həyata keçirilməsi üçün təklif aldım ki, bu layihələri birgə həyata keçirək. Biz səfirlik yanında Azərbaycan prezidentinə və Ulu öndər Heydər Əliyevə həsr olunmuş dünyada analoqu olmayan ikiüzlü xalça "Ata nəsihəti-Oğul zəfəri", Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən xalça və 17-ci əsrə aid qədim xalçaların, sayı 50-dən ibarət xalça kolleksiyası, kəlağayıların sərgisini təşkil etdik.
Bu sərgi Türkiyə ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Sərgi İstanbulun gözü olan Atatürk mərkəzində baş tutdu və Türkiyə mətbuatı və televiziyası bu sərgidən heyranlıqla bəhs etdi.
Eyni zamanda tarixçi alım Gülzadə Abdulovanın milli geyimlərdən ibarət kolleksiyasını da təqdim etdik.
Ayın 28-də İstanbul, Ortaköydə yerləşən tarixi məkan Kethüda Hamamı Kültür Mərkəzində möhtəşəm xalça sərgimiz də açıldı. Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması və təbliği istiqamətində bir çox imzalar atmaqdayıq.
Bundan başqa sərgilərimizdə Türkiyədə yaşayan Azərbaycan Ressamlar Birliyinin üzvü Lətafət Rəfik, Fatimə Abdalın əl işləmələri və gümüş zinnət əşyaları, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyel Əlizadənin əl işləri də nümayiş olunur. Düşünürəm ki, Azərbaycan mədəniyyətinin bir parçası olan bu sərgilərin Türkiyədə keçirilməsi artıq ənənəvi hal almış olacaq.
- Siz necə oldu ki, Türkiyədə fəaliyyətə qərar verdiniz?
-Teatr ilk addımlarını atmağa başlayanda, mən, Azərbaycanın prezidenti, cənab İlham Əliyevə müraciət edərək ondan dəstək istədim. Bizim teatra quruluşçu rejissor kimi Azərbaycan Musiqili Komediya Teatrından Elçin İmanovu təhkim etdilər. Adından da göründüyü kimi, ən başlıca məqsədimiz Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması idi. Odur ki, ilk işimiz Xocalı haqqında Aygún Həsənoğlunun "Adsız Qadın" adlı monotamaşa hazırlamaq oldu. Nəticələr gözlədiyimizdən qat-qat uğurlu oldu. 2016-cı ildən başlayaraq, bundan sonra müxtəlif ünvanlardan dəvətlər almağa başladıq. Bu ilin fevral ayında tamaşanı son dəfə oynasaq da, hələ də tələblər alırıq.
Daha sonra Firuz Mustafanın "Maneken" monotamaşası ilə Türkiyənin Mersin şəhərində keçirilən "Beynəlxalq Festivalda Elçin İmanovla mən Azərbaycanı təmsil etdik. Uşaq və gənclər üçün bir çox tamaşalar hazırladıq. Onlardan ən əsası da Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" musiqili komediyası idi ki, orada biz Qarabağ motivlərini təbliğ edirdik, milli geyimlərimizi və adət-ənənələrimizi nümayiş edirdik. Eyni zamanda tariximizlə bağlı bəzi məqamları tamaşaya sığdırmağa çalışırdıq...
Sadalamaqla bitmir, həqiqətən də burada çox işlərimiz olub, çox tamaşalar oynanılıb. Bundan başqa biz sənədli filmlər də çəkdik. Atatürklə bağlı Azərbaycanın gözü ilə, Məmməd Əmin Rəsulzadə ilə bağlı. Məhəmməd Füzulinin 850 illiyinə həm tamaşa, həm sənədli film hazırladıq. Rəsulzadə üçün də eyni tamaşa, sənədli film, sərgilər təşkil etdik.
Fikrət Əmirovun, Əhməd Cavadın yubiley ilində biz sənədli film, teatr tamaşası hazırlamışdıq, tədbir keçirmişdik. Gözəl sərgilərimiz olub, gözəl sənətçilər qrupumuz var, xor qrupumuz və səs sənətçilərimiz var. Yəni, bu şəkildə hamını çevrəmizə, işığımıza toplaya bilmişik. Sağ olsun diasporamızın dəstəyi ilə, səfirliyimizin dəstəyi ilə, daha çox öz gücümüzə çox-çox layihələr həyata keçirməyə çalışırıq və dayanmaq kimi niyyətimiz yoxdur.
Özümüzə aid planlarımız var gələcəyimizlə bağlı və ən böyük arzum bir gün İstanbul naviqasiyasında Azərbaycan teatrının adının, məkanının görünməsidir. Azərbaycan teatrı adını mən burada bütün gücümlə, bütün nəfəsimlə, bütün varlığımla yaşatmağa çalışıram və Azərbaycan teatrının mənimlə bərabər təməlini qoyanların, - ən başlıca burada Elçin də var, hər birinə minnətdaram, - çox çətinliklərdən keçdik və bu gün bizim birliyimiz fəaliyyətini davam etdirir. Teatr onun bir parçasıdır, əl sənətləri, qədim sənətlərimiz onun bir parçasıdır, musiqi sənətimiz onun bir qoludur. Və mənimlə bərabər eyni səviyyədə istər fiziki, istərsə də mənəvi yükü daşıyan, mənim köməkçim Bəhram Afsalovdur. O da həqiqətən, Azərbaycanın mədəniyyəti üçün əlindən gələni etməyə hər zaman hazır olan bir əsgərdir. Biz layiqincə Azərbaycanı burada tanıtmağa, təmsil etməyə çalışırıq. Əminliklə deyə bilərəm ki, bizim Teatr Birliyi Azərbaycan mədəniyyəti üçün bir ordudur.
Xatırladaq ki, Kəmalə Cabbarova Azərbaycanda ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirib. O, eyni zamanda, bədii qiraət ustası və aktrisadır, Türkiyədə Azərbaycan Teatrının qurucusu və Xarbülbül Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri, iki qardaş dövlət arasında mədəniyyət körpüsünün yaradıcısıdır.
K.Cəfərova 10 ildən çoxdur İstanbulda Azərbaycan mədəniyyəti ilə bağlı fəaliyyət göstərir.
Əzizə Hakverdi
MİA.AZ
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
Paşinyan: “Bizim əməllərimiz nəticəsində 150 ildən sonra da Ermənistan dövlət olacaq”
48 işçi işinə bərpa olunub
İlham Əliyev Xocalıda daha iki kəndə baş çəkib - FOTOLAR (Yenilənib)
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Emmy mükafatı qazanan yəhudi aktrisa: "Fələstinə azadlıq..."
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
Sabirabad sakini öldürülüb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində - FOTOLAR
İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada
Əhməd Şara: "İsraillə danışıqlar aparırıq, əgər parçalanma olarsa, bu, Türkiyə və İraqa..." - "İrana qapını qapatmamışıq"
Tramp növbəti dəfə Venesuelanı təhdid edib
22 yaşlı futbolçu "Qalatasaray" klubunun təklifini rədd etdi
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
KƏLBƏCƏRƏ DAHA 139 NƏFƏR KÖÇÜRÜLÜB
Xəzər dənizində zəlzələ olub
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI