Əməkdar artist: "İndi Xankəndidə universitetdə çalışıram"

img

24-10-2024 [13:14]


Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqlayıb.

Xanəndə bu haqda "Evdəkilərə salam" verilişində deyib.

O bildirib ki, Xankəndidə Qarabağ Universitetində çalışır: "Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".

Qeyd edək ki, E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA