“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
11-10-2024 [09:39]
İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.
Mia.az xəbər verir ki, tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb.
Tədbirdə Klaus Müller ilə yanaşı, “Vodafone Group”un regional direktoru Yohannes Hummer, “GSMA”nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və “Silknet”in İT direktoru Cheibanny Nagi də iştirak edib.
Sessiyada çıxışı zamanı Klaus Müller “Bakcell” həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin “Vodafone Group”la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, “Bakcell” və “Vodafone Group” arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, “Vodafone Group”la əməkdaşlıq çərçivəsində artıq “Bakcell” Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. İştirakçılara “Bakcell”in “Kapital Bank” və “Uber”lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.
Bundan əlavə, “Bakcell” “INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.
Tədbir çərçivəsində, həmçinin “Bakcell”in süni intellekt dəstəkli çat-botu təqdim edilib.
Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan partiya lideri ilə İmamoğluya qarşı iddia qaldırdı - Hər birindən bir milyon tələb olunur
Musiqili Teatr noyabr ayı üçün repertuarını açıqladı - SİYAHI
Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini ilə sərhəddə bir araya gəldi: nələr razılaşdırılıb?
"Volkswagen" avtomobil şirkəti batır - Üç zavod bağlanır
"Nazirə şikayət etdim, gəldilər, lakin..." - Gədəbəydə ağacları kimlər qırır? (FOTOLAR)
General və sabiq idarə rəisləri 143 milyon yeyintinin hesabatını verir - Məhkəmə iclası
“Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq
Milli Məclislə MEDİA birgə açıqlama yaydı - Xəbərdarlıq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişəcək? - SİYAHI
Bakı Təhsil İdarəsinin müdiri dəyişir - Nazir Nərminə Hüseynovaya verdiyi səlahiyyəti geri alır
Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək - VİDEO, FOTOLAR
Havanın temperaturu 10 dərəcə aşağı enəcək
Şəhid Hidayət Qarayev Şuşada dəfn olunub
Türkiyə klubunda baş məşqçi təyinatı olub - Açıqlama
"Mançester Yunayted" Arda Gülər üçün "Real"a 95 milyonluq oyunçu təklif etdi: "Dəyişək"
“ATV Plus” cərimələnib - 5 min manat
COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb
PREZİDENT İCRA BAŞÇISI TƏYİN ETDİ - Tərcümeyi-hal + FOTO
Əli Əsədov nazirləri topladı: nələr müzakirə olunub? - FOTOLAR
Rusiya MN: "Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirdik" - SİYAHI
Şəhid Möhübbət Mustafayev dəfn edilib
Şəhid Ramiz Mahmudov Zaqatalada dəfn olunub
Müdafiə Nazirliyi: "Nəfəsimiz boyunlarının kökündədir"
Qəzzada toqquşma: İsrail əsgəri ölüb
Bakıda şok olay: "Vəkil" sevgilisinin ərindən pul tələb elədi - "Arvadına xərclədiyim pulları geri ver"
Xaçmazda həmkəndlisini döyərək öldürən keçmiş məhkum tutulub
"Kontakt Home" qanunu yenə pozub - Fərdi məlumatlarla bağlı
Elm və Təhsil Nazirliyində şöbə müdirinin ifadəsi niyə alınıb?
Spiker deputatın istəyinə belə cavab verdi: "Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra bir stəkan çay için və..."
"Bakı haqqında isə mən heç nə deməyəcəm” - Hacıbala Abutalıbovdan qeyri-müəyyən açıqlama
ABŞ-da prezident seçkiləri: artıq 65 milyondan çox seçici vaxtından əvvəl səs verib
Şəhid İsmət Piriyev Göyçayda dəfn olunub
Harris Trampın "Qadınları istəsələr də, istəməsələr də qoruyacağam" sözlərinə belə cavab verdi: "Bu, əslində..."
SOCAR-da daha bir təyinat olub
Saakaşvili Zurabişviliyə səsləndi: "Məni əfv et"
İlham Əliyev İspaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Ali Məhkəmənin məşhur hakimi təqaüdə göndərildi - FOTO
Sabahın hava proqnozu açıqlanıb
İki Fondun büdcəsi ilə bağlı rəy verilib
Fransada məscidə od vurulub - Namaz vaxtı