İsraildən "Hizbillah"a daha bir ağır zərbə: Nasrullahın qaynı da öldürülüb

img

11-10-2024 [08:51]


İsrail ordusu bu gecə Livanın paytaxtı Beyrutun mərkəzinə iki ağır zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumda daha 22 nəfər həyatını itirib, 117 nəfər isə yaralanıb.

İsrail mediası yazır ki, ölən və yaralananların hamısı "Hizbullah" yara1qlıları olublar: "Onların olduğu iki binaya sarsıdıcı zərbə vurulub. Ölənlər arasında "Hizbullah" iki məşhur üzvü də var. Onlardan biri "Hizbullah"ın az əvvəl öldürülən lideri Həsən Nəsrullahın qaynı Vafik Səfadır...".

Livan və "Hizbullah" tərəfi hücumu təsdiqləyiblər. Lakin Vafik Səfanınölümü haqda xəbəri nə təkzib, nə təsdqi ediblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:53 06.11.2024

Sabah yağış yağacaq