Türkiyə ilə Albaniya arasında yeni sənədlər imzalanıb

img

10-10-2024 [16:44]


Prezident Rəcəb Tayyib Ərdoğanın Albaniya səfəri çərçivəsində iki ölkə arasında yeni sənədlər imzalanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ilə Albaniya arasında əməkdaşlıq, kommunikasiya, təhsil və kənd təsərrüfatı sahələrində 4 müqavilə bağlanıb.

Bundan başqa, Prezident Ərdoğan və Albaniyanın Baş naziri Rama Türkiyə Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması ilə yaradılmış Strateji Tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannaməni imzalayıblar.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq