Nəcməddin Sadıkov generalla at yarışını izləyib - FOTO

img

09-10-2024 [12:02]


Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra publika qarşısına çıxıb.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntü paylaşılıb.

Kadrda Nəcməddin Sadıkovun DSX rəisi Elçin Quliyevlə yanaşı oturduğu görünür.

Fotunun 2-3 gün əvvəl Bakıda at yarışları zamanı çəkildiyi iddia olunur.

Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA