Azərbaycanın COP29 hədəfləri: yaxın və uzaq perspektiv
08-10-2024 [17:21]
Hazırda ekoloji problemlərin kəskinləşməsi fonunda planetin gələcəyinə hesablanmış inkişaf məsələləri hər kəsi narahat edir.
Bu mənada, Yer kürəsində təbii resursların, xüsusilə ənənəvi enerji mənbələrinin tükəndiyi və iqlim dəyişikliyinin fəsadlarının artdığı bir dövrdə davamlı iqtisadi inkişaf və “yaşıl iqtisadiyyat”a transformasiya qlobal dünyanın qarşısındakı ən vacib məsələlərdən biridir. Bunların həll olunması üçün isə dünya birliyinin birgə fəaliyyəti, sübut olunmuş elmi nəticələr əsasında yekun siyasi qərarlar verilməsi lazımdır. Bu qərarlar içində iri dövlətlərin sahib olduğu sənayeləşmə nəticəsində iqlim dəyişikliyinə səbəb olan atmosferə atılan tullantıların azaldılması və bu məqsədlə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzv ölkələr qarşısına qoyduğu vəzifələrin icrasını qeyd etmək olar.
İlk öncə COP29 mahiyyətinə baxsaq, onun keçirilməsində qarşıya qoyulmuş məqsəd və vəzifələrin nədən ibarət olduğunu qeyd etmək lazımdır. Belə ki, ötən əsrin sonlarından başlayaraq bütün bəşəriyyət, sağlam düşüncəli siyasətçilər planetin gələcəyinin təhlükə altında olduğunu, iqlim dəyişikliyinin mənfi fəsadlarının artdığı barədə həyəcan təbili çalmağa başlamışdır. Bu barədə beynəlxalq tədbirlərdə çıxışlar edilmiş, elmi nəticələrə əsaslanan ciddi hesabatlar hazırlanmışdır. Bu mənada, 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün Tərəflər Konfransının (COP) əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Belə ki, COP BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası çərçivəsində hər il keçirilən konfranslar olub, hər il dünyanın hər yerindən hökumət nümayəndələri bu konfrans çərçivəsində toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində nə kimi işlər görülə bilinəcəyini, həmçinin maliyyə məsələlərini müzakirə edirlər. Qeyd edək ki, hər il müxtəlif ölkənin ev sahibliyi etdiyi Tərəflər Konfransının ilk tədbiri 1995-ci ildə Berlində, sonuncu 28-ci sessiyası isə 2023-cü ildə Dubay şəhərində keçirilib.
Artıq bildiyimiz kimi, Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu ilin noyabr ayında ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Onu da qeyd edək ki, COP dünyada mühüm beynəlxalq konfrans olub, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Buna görə də çox yaxında Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və paytaxtımız, təqribən, 70-80 min xarici qonağı qarşılayacaq.
COP29-un Azərbaycanda keçirilməsinin həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyəti vardır. Belə ki, bu tədbir ölkəmizin iqlim dəyişikliyi məsələlərində üzərinə götürdüyü öhdəliklərin dünyaya nümayiş etdirilməsi üçün əla fürsət olacaq. Zəngin karbohidrogen yataqları olan Azərbaycaının yaşıl keçidə də ciddi yanaşması və dayanıqlı inkişaf məsələlərindəki mövqeyi, bu mənada, dünyanın bir çox dövlətləri üçün də nümunə ola bilər. Bundan əlavə, COP29 ölkəmizdəki siyasi və iqtisadi sabitliyi də dünyaya nümayiş etdirəcək və Azərbaycanın qazandığı beynəlxalq nüfuzu daha da dərinləşdirəcək. Belə ki, xüsusən son illər Azərbaycan çoxsaylı layihələrdə uğurla iştirak edir və bir çox yeni layihələrin də müəllifidir. Bu uğurların məntiqi davamı kimi COP29-un Azərbaycanda keçirilməsi daha bir mühüm təcrübə kimi ökəmizə yaxın və uzaq perspektivdə çox sayda faydalar vəd edir.
COP29-un Bakıda keçirilməsi qlobal dünyanın Azərbaycanda həyata keçirilən yaşıl keçidə dəstəyini ifadə edir. Dünyanı narahat edən ekoloji problemlərə olduqca az bir miqdarda səbəb olan Azərbaycanın buna rəğmən qlobal istiləşmə kimi problemdən hamı kimi əziyyət çəkməsi ölkəmizdə yaşıl keçidə verilən önəmi də ifadə edir.
Və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Burada strateji hədəf isə neft-qaz ölkəsi olan Azərbaycanın yaxın oniliklərdə yaşıl enerji növlərinə keçidi, həmçinin istehsal olunan yaşıl enerjinin dünya bazarlarına nəqlini stimullaşdırmaq, bunun üçün həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərini müəyyən etməkdir. Sözügedən prioritet istiqamətlər isə ölkəmiz üçün olduqca əhatəli olub, yaxın perspektivdə həm atmosferə atılan tullantı qazlarının azaldılması, həm yeni texnologiyalara keçidlə sənaye və şəxsi istehlakda ənənəvi enerji payının alternativ mənbələri ilə əvəz olunması, həm də ölkəmizdəki qeyri-neft sektorunda yaşıl enerji enerjinin payının artırılması ilə nəzərdə tutulur.
Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Baxmayaraq ki, ölkəmiz özünün mövcud enerji tutumlu sənaye məhsulu potensialına görə atmosferə atılan və bununla da qlobal iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının dünya üzrə faizlə miqdarında çox az paya malikdir, amma bununla yanaşı, ölkəmizdə bu sahədə qarşıya qoyulmuş hədəflər belə ciddi problemlərin həlli üçün kifayət qədər böyük töhfə olacaqdır. Ayrıca olaraq ölkəmizdə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək hədəfi də Azərbaycanın qarşıya qoyduğu hədəflərə çatmaq yolunda mühüm nailiyyəti kimi proqnoz edilir. “Yaşıl enerji”yə keçid nəticəsində 2050-ci ilə qədər ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin Naxçıvan Muxtar Respublikası “sıfır emissiya” zonasına çevriləcək.
Özünün tarixi Zəfəri ilə dünyanın diqqət mərkəzinə gələn Azərbaycan XXI əsrin prioritetləri istiqamətində iqtisadi və sosial-mədəni həyatda dayanıqlığa nail olmaq üçün ciddi addımlar artmaqdadır. Azərbaycanın ev sahibliyi etdiyi və həmçinin fəali iştirak etdiyi Yaşıl keçid yönümlü bütün tədbirlərin, eləcə də COP29-un sonunda qazanacağı yüksək prestij də yaxın və uzaq perspektivdə bu addımları daha da qüvvətləndirəcək.
Qarabağın yenidən inşası kimi mühüm işlərlə yanaşı, bütün dünyada canlı aləmin gələcəyini təhlükə altına alan iqlim dəyişikliyinə qarşı mübarizədə də öncüllük edən Azərbaycanın uzaq perspektivdə əhalisinin “yaşıl” davranışa, karbon yanacaqdan tam şəkildə imtina olunmasına, ərazi layihələndirilməsi, nəqliyyatin intellektual idarə olunması, fərdi istehlakda daha rasional qərarlar verilməsinə də nail olacağını düşünmək olar. Bütün bunlar on illər sonrası reallaşdığında bu gün atılan addımların, verilən qərarların dəyəri daha açıq görünəcək.
Əli Cabbarov
Naxçıvan Dövlət Universitetinin dosenti
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb