Husilər İsrailin iki şəhərinə ballistik raketlər və İHA-larla hücum edib

img

08-10-2024 [00:12]


İranın dəstəklədiyi Yəməndəki husilər iki ballistik raket və çoxlu PUA ilə İsrailin cənubundakı Eylat və mərkəzi bölgələrdəki Yaffa şəhərinə zərbələr endirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barfədə Husilərin sözçüsü Yəhya Seri bəyanat yayıb.

O iddia edib ki, "Fələstin-2" və "Zülfikar" raketləri ilə Yaffa şəhərində iki İsrail hərbi obyektini vurublar: "Həmin hədəf əməliyyatı uğurla başa çatdırılıb. Bununla yanaşı, Yaffa və Eylat şəhərləri "Səməd 4" tipli PUA-larla vurulub. Bu hücumlarımız da nəzərdə tutulan hədəfləri dəqiqliklə vurub...."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA